Ta ki, sən oldun əsiri zülfi-yarın, ey könül,
Qarə oldu yar əlindən ruzigarın, ey könül.
Yüz cəfa gördün, vəli hərgiz şikayət etmədin,
Hansı lütfündən xəcilsən nazlı yarın, ey könül!
Seyid Əzim Şirvani
Sən elə bir vaxtda rast gəldin mənə,
Ömrün payız vaxtı,xəzəl çağıydı.
Sən elə bir vaxtda rast gəldin mənə,
Sənin gəncliyinin gözəl çağıydı.
Sən elə bir vaxtda rast gəldin mənə,
Özüm öz halıma gülmək istədim.
Sən elə bir vaxtda rast gəldin mənə,
Təzədən dünyaya gəlmək istədim.
Cabir Novruz