Mənə artıq heç nəyin kömək edə bilməyəcəyini düşünəndə gedib daşyonana baxıram. O, daşa yüz zərbə vurur, daşın səthində heç bir çat əmələ gəlmir. Amma yüz birinci zərbə onu iki yerə böləndə anlayıram ki, daşı dağıdan sonuncu zərbə deyil, buna qədər olanlardır.
Kişilər bir olmur atam balası
Qorxağı var, igidi var,
Amma hər kişinin öləndən sonra
Qəbri üstdə ağlamağa
Bir qara paltarlı gözəl bir qadına ümidi var
Sən öləndə kim olacaq gözlərini bağlayan?
Qardaşmı olacaq, yadmı olacaq?
Bu dünyada bəlkə sənə ən çox ağlayan,
Ən çox ağlatdığın qadın olacaq?!
Göz yaşları yuduqca baş daşını
Qəbrində qurcalanıb,deyəcəksən: ilahi
İllər boyu ağlatdığım bu qadın
Görən necə saxlayıbdır bu qədər göz yaşını?!
Ramiz Rövşən
Dəli bir şimşək ol, gözlərimdə çax,
Kədərini unut sevincindən bax,
Məndən istədiyin diləyə bir bax
Mən sənə sevməyi necə öyrədim?!
Könlümü üşüdən külək deyilsən,
Mənə mənim qədər uzaq deyilsən,
Sən körpə deyilsən, uşaq deyilsən,
Mən sənə sevməyi necə öyrədim?!
Bu gizli sevdada hekayət nədir?
Kədərə bükülü səadət nədir?
Heç özüm bilmirəm məhəbbət nədir,
Mən sənə sevməyi necə öyrədim?!..
Nüsrət Kəsəmənli