Canı canan diləmiş, verməmək olmaz, ey dil
Nə niza eyləyəlim, ol nə sənindir, nə mənim.
Daş dələr ahım oxu, şəhdi-ləbin şövqindən,
Nola zənbur evinə bənzəsə beytül-həzənim.
M.Füzuli
İnsan bax, bu ağac kimi olmalıdır. Ağac, payız fəslində ona heç bir faydası olmayan saralmış yarpaqlarını töküb yeniləşməyə can atır. Bu, təbiətin dəyişməz qanunudur. İnsan da təbiətdən dərs alıb, faydasız düşüncə, duyğu, davranış və vərdişlərini tərk edib, yeni və daha faydalı olanlara yiyələnə bilməlidir. Dəyişikliyin sirri bundadır.
Dan Ulduzu