Gözəl ruhun var, dostum. Bəslə və qoru içindəki o sevgi yuvasını. İnsanın həyatda sahib olduğu ən böyük var-dövlət sevgi ilə yoğurulan ruhudur, bunu unutma. O, elə bir zənginlikdir ki, paylaşdıqca çoxalır, daha da gözəlləşir. Əmin ol ki, hər səhər bu sahildən dünyaya yaydığın sevgi enerjisi itməyəcək və həyatın gözəllikləri sevginin təzahürü şəklində geri qayıdaraq, yenidən ruhuna axacaq. Bu dünyanın ədaləti heç nəyi əvəzsiz qoymur - hər şeyin geci-tezi var. Hər kəs əkdiyini bir gün mütləq biçəcək.
İllər necə də sürətlə gəlib-keçir! Yenə də özündən soruşursan: "Axı, nə elədin ki, bu uzun illər belə tez ötüb keçdi? Ömrünün ən yaxşı günlərini harada məzara gömdün? Sən yaşayırdın, ya yox?" "Bax, yaxşı bax, - deyə özünə xəbərdarlıq edirsən, - həyat getdikcə sönüb gedir!
Doğrudan da, sevinc və səadət insanı nə qədər gözəlləşdirir! Ürək necə də dərin bir məhəbbətlə çırpınır! Öz ürəyini mütləq başqa bir ürəklə birləşdirmək, hər şeyin şən və üzügülər olmağını istəyirsən. Bu sevinc nə qədər də yoluxucudur!