Əgər hər şey məhv olub, o qalsa hələ mövcud olacam. Yox əgər, hər şey qalıb, o məhv olsa, kainat mənim üçün böyük və yad bir şeyə çevriləcək və mən artıq dünyanın bir hissəsi olmayacam.
O heç vaxt onu necə sevdiyimi bilməyəcək! Onu gözəl olduğuna görə yox, məndən, mənim özümdən çox olduğu üçün sevirəm. Qəlblərimiz nədən hazırlanır hazırlansın, onun ürəyi və mənimki - BİRdir.
Mən onun ayağı altdakı torpağı sevirəm, başı üzərindəki havanı, toxunduğu hər şeyi, dediyi hər sözü. Hər baxışını sevirəm, hər hərəkətini və bütövlüklə onun özünü...