Semra Hasan

Semra Hasan
@Semra_hasan
Öğrenci
Baku State University
Baku
1999
209 okur puanı
Eylül 2019 tarihinde katıldı
...Səni yıxılacaq palıd ağacının özü boyda yox, Dərdi boyda sevirəm. (c)
Reklam
Kibrit çöpləri
Yorğun gözlər zillənir yay kafesindən fəvvarəli parkın başına sürətlə yaxınlaşan maşına. “Burdan aparırlar?” – sükandakı soruşur. Ofisiant əliylə başa salır. (ya da xəyali bir pəncərənin tozunu alır) Top qovan uşaqlar keçir yaxınlıqdan söyüşə-söyüşə... Hava tutqundur. Limon rəngi çox yaraşır günəşə. Kişi vaxtından əvvəl gəlib görüşə; bir küncdə əyləşib siqaret çəkir, yaddaşını eşələyir kibrit çöpləriylə... Bir dəqiqə qalıb beşə. Qadın düz vaxtında gəlib görüşə. Əvvəllər onun da içində göyərçinlər “pırr” eləyərdi, indi tikanlı bir sükut var masada. Sevgi cəbhəsində yenilik yoxdur, atəşkəsdi. Amma savaşdan da ağırdı bu sükut sui-qəsdi... Kibrit qutusu islanır; ya qadın ağlayır, ya yağış çisələyir. Kişi qadının göz yaşlarının kürəsində fala baxmaq istəyir; damlalar, elə bil, boyunbağından qopan incilərdi. İndi heç biri bilmir ki, kim kimi daha çox incidərdi? Sağollaşırlar, dodaqlardan dalğalı bir təbəssüm keçir. Qadın nöqtəli addımlarla uzaqlaşıb gedir, dayanmır...
İlahi, bir gecəlik bir ömür yaz, yaşayım.
"O qədər uzağıq ki..." (ixtisarla)
Nəfəs alıb dərindən ötüb keçən ayıma, ilimə inanmışam. Göz-qaşını görəndən qaşla göz arasında ölümə inanmışam. Gözlərimi zilləyib baxırdım uzaqlara, sənsə getdin yağışla. Sən yağışı sevirsən, güvəndiyim dağlara qar yağarsa, bağışla... Gecə-gündüz demədən gözlədim ki, gələsən, gəlməmisən hələ sən. Tələyə düşmək arzum, çünki mənə tələsən, mənəm sənə tələsən. Ümidimə qar yağa, qardan həyat düzəldim, dizi keçincə qayıt. Sol qolumu dişləyib sənə saat düzəldim, izi keçincə qayıt. Üzməyimi bilmirik, niyə bizi dərd boğur, içimizdə kin yatır? O qədər uzağıq ki, sən tərəfdə gün doğur, mən tərəfdə gün batır.
Şiir
"Getməz" dediyin adam gedəndə neyləyəsən? Deyək, ölənlə öldün, gedənlə neyləyəsən? Gedənlə getmək olmur, gedənlə ölmək olmur, Gedənlərdən bilirəm, gedəndə dönmək olmur. Sən ki sıxıb dişini mənsizliyə dözmüsən, Mənim dalğalarımda mənsiz niyə üzmüsən? Mənsizliyə dözmüsən, mənə dözməyə nə var? Bir dəfə dözmüsənsə, yenə dözməyə nə var? Nə qədər ki, ümid var, olma belə unutqan, Mən səni unutmadım, sən də məni unutma...
Şiir
Reklam