Semra Hasan

Semra Hasan
@Semra_hasan
Öğrenci
Baku State University
Baku
1999
209 okur puanı
Eylül 2019 tarihinde katıldı
9/10
·704 syf.··
2024 21. kitabı
Nəhayət, "Oblomov"u oxuyub bitirdim. Deyəsən, ilk dəfə idi ki, müsbət bir xarakterə nifrət edirdim. Adətən, deyirlər ki, insan özünə oxşayanları sevmir. Buna inansaq, Oblomova nifrətimin qaynağı bəlli olur. Oblomov oxuyanların da, oxumayanların da bildiyi bir personajdır, daha çox tənbəl, həyatdan əlini üzmüş insanlar üçün istifadə edilən metafor deyək. Üstəlik, saf, təmiz, məsum, qəlbitəmiz. Bunların hamısından üstə isə, Oblomov əvvəldən sona kimi qorxaqdır. Hər şeydən qorxur, hər şeydən narahatlıq duyur, məsuliyyətdən bu qorxaqlıq ucbatından daim qaçır. Hətta iş o yerə çatır ki, axır günlərində ölümü hiss edir və ondan da qorxur. Lakin bu qorxu əvvəlkilərdən fərqlidir. Bu qorxu yaşamağı bacarmayan insanın qorxusudur. Kitabda detallarına enilib müzakirə ediləcək çox şey var, mənim isə, yazmağa səbrim yoxdur. Gəlin, yaşayaq, ən azından cəhd edək, əlimizdən tutacaq Şlots olmasa belə.
Oblomovİvan Gonçarov · Qanun Nəşriyyatı · 201449,8bin okunma
10/10
·384 syf.··
2024 19. kitabı
Prof.Ə.Rəcəbli "Koqnitiv dilçilik" kitabının girişində Y.Stepanovun "Konstantlar: rus mədəniyyəti lüğəti" kitabının adını çəkərək yazır ki, "...istərdim ki, Y.Stepanovun kitabı kimi bir kitabım olaydı. İndi belə bir kitab haqqında düşünmək mənim üçün gecdir". Mən də hörmətli müəllimim sözlərinə nəzirə olaraq G.Lakoff və M.Jonsonun "Metaphor we live by" kitabı üçün deyirəm ki, "Onların kitabı kimi bir əsərim olmasını istəyərdim. İndi belə bir kitab haqqında düşünmək mənim üçün tezdir". Bilmirəm, o gələcək gələcək ya yox, amma mən o gələcək üçün çalışacam.
MetaforlarMark Johnson · Minotor Kitap · 202278 okunma
10/10
·140 syf.··
2024 14. kitabı
"Beton" və ya 140 səhifəlik Monoloq Qısa olaraq musiqişünas qəhramanımız Mendolson Bartold haqqında uzun illər araşdırma aparır, amma yazmağa çatanda heç cür əsərə başlayan bilmir. Və digər
BetonThomas Bernhard · Alatoran Yayınları · 20231,404 okunma
10/10
·360 syf.··
2022 23. kitabı
Əvvəlcə deyim ki, möhtəşəm 10/10-luq kitab deyil, hər nə qədər elə qiymətləndirsəm də. Artıq və sıxıcı çox şey var. Amma əsas odur ki, çoxluğun içindən lazım olanı tapa bilək. Bəlkə bir söz, bir cümlə Kitabda hadisələr balaca Scoutun dilindən danışılır. Və hər nə qədər bəsit bir hekayə kimi başlasa da, sonlara doğru insanı içinə almağı bacarır. İdeya olaraq standart qaradərili insanlara xor baxılması, onların cəmiyyətdən təcrid edilməsi, hər nə qədər haqlı olsalar da, anadan məğlub doğulmaları verilib. Günümüzdə kitabdakı kimi qaradərili, ağdərili insan ayrımı minimum həddə olsa da, bir çox cəhətdən irqçiliyi görürük və hələ çox illər də görünəcək. Kitabın aktuallığı da burdadı. Hər hansısa bir kitabı oxuyanda mövzudan çox obrazlar və dialoqlar mənə maraqlı olur həmişə. 300-400 səhifəlik bir kitabdan düşüncəmi dəyişən bəlkə də bir cümlə olur. Burda da Atticus obrazı indiyə qədər oxuduğum bütün kitablardakı obrazlardan üstündü. O, ədalətlin, qürurun, haqqın - gözəlliyin timsalıdır. İstər işində həqiqi vəkil olmasıyla, istər evində möhtəşəm ata olmasıyla, bütünlüklə insan olaraq adlandırıla bilən insandı. Məncə, bu əsər məcburi olaraq yetkinlik dövründən hər kəsə oxudulmalı olan kitablardandır. Ən azından bir ümid bəlkə düşüncələrin dəyişdirə bilər. Oxuyun. Mütləq. Oxuyun.
Bülbülü ÖldürmekHarper Lee · Epsilon Yayınevi · 202088,5bin okunma
8/10
·560 syf.··
2022 7. kitabı
·
10 günde okudu
·
Okunma: 07 Mart 2022 21:47
Kitab içinizdə fəlsəfədən doğan bapbalaca bir çınqı varsa, əmin olun onu alovlandıracaq. Əslində kitab uşaqlar üçün nəzərdə tutulub və bundan dolayı çox sadə bir dildə fəlsəfə tarixi qısa şərh olunub. Müsbət cəhəti ondan ibarətdir ki, kitabda tarix sıxıcı, yoran elmi cümlələrlə yox, roman formasında, görəsən bundan sonra hansı hadisələr baş verəcək deyə düşünərək maraqla bitirirsən. Sofiyə yazılan məktubları ondan daha çox həyəcanla mən gözləyirdim, halbuki bildiyim mövzular idi, amma mövzuları söyləm şəkli, sonra nə baş verəcək marağı çox əla idi. Fəlsəfəyə maraqınız yoxdursa, kitab sizi sıxa bilər, yox əgər irəldə fəlsəfə kitabları da oxumaq istəyib həyatınızda fərqlilik yaratmağı planlaşdırırsınızsa, ilk olaraq bundan başlayın. Bu arada kitab sadəcə fəlsəfə üzrə təməl daşı bizə verir, üstün tikmək isə tamamilə bizdən aslıdır. Oxuyun, təhlil edin, düşünün, düşünürüksə, varıq..
Sofinin DünyasıJostein Gaarder · Qanun Neşriyat · 201843,6bin okunma