Sitare Vüsal

Sitare Vüsal
Azerbaycan dili ve edebiyatı öğretmenliği
Hazar universitesi
5 Kasım
70 okur puanı
Ocak 2020 tarihinde katıldı

Sitare Vüsal

, bir kitap okudu
10/10
·216 syf.··
Beğendi
·
34 saatte okudu
·
Okunma: 07 Şubat 2019 15:30
·
2019 8. kitabı
Başak Kablan
6.9/10 · 783 okunma
Reklam
8/10
·160 syf.··
Beğendi
·
2019 7. kitabı
·
3 saatte okudu
·
Okunma: 05 Şubat 2019 16:25
Kitab 94 səhifədən ibarət, şirin və vacib mövzuludur. Ta 11-ci sinifdəykən görmüş və almaq üçün çırpınmışdım. Hətta kitab haqqında yorumları oxuyanda əksəriyyətin " hicaba girmədən öncə oxu " deyə yazdığını görəndə pis olmuşdum ki, gecikdim. Oxuyub bitirdikdən sonra isə tamam fikrim dəyişdi. İnsana radikal qərarlar aldıran bir kitab olmadığına görə " ay hicaba girim sonra, ya da hicaba girmədən öncə " deyə bir məcburiyyət yoxdu. Vacib məsələlərə səthi toxunan bir kitabdır. İçində, " Balıkların duasını almak " kitabında olduğu kimi bir neçə əsas mövzu başlığı altında mətnlər işlənib. Kitabın arxa qapağında yazılan: "Bir ilahiyat ya da din kitabı gibi değil" yazısı məni çox düşündürmüşdü. Sual vermişdim ki, bəs nədir? Oxuduqdan sonra bunun da cavabını tapdım. Bu kitab sadə, söhbət kitabıdır. Söhbət edirmiş kimi gələcək oxuduğunuzda. Qətiyyətli cümlələr, məcburiyyət dolu sonlar yoxdur.Sonra belə yazılmasının bir mənasının olacağını düşündüm, tapdım. Axı TƏSƏTTÜR ( HİCAB ) məcburiyyət deyildi. Ona görə də bu kitabda əmr cümlələri yoxdur. İstəklərə uyğun cümlələr yer alıb. İslamın şərtlərində namaz qıl var, amma hicaba gir yoxdur. Çünki hicab məcburi deyil. Hicaba girmə yaşı da 9 yaş deyil. Xahiş edirəm, hər yerdə yazılanı bu düzdü deyə qəbul etməyin, araşdırın. Xəzər universitetinin mənə qazandırdığı ən böyük dəyər də bu oldu: ARAŞDIRMAQ. Allaha şükürlər olsun ki, artıq araşdırıb, həqiqətən inanmadığım heç bir cümləyə etibar etmirəm. Quran-i Kərimi oxuyarkən belə diqqətli və soyuqqanlı davranıram. Unutmamalıyıq ki, müqəddəs kitab da olsa, tərcüməçisi İNSANdır. O əsrlə bu əsri qarışdırmayın. Hicab qızlara hədd-i bülûğa girdiklərində üzərlərinə vəzifə kimi düşür. Hədd-i bülûğ yaşı 9 ola bilməz. İnsan özünü bilməli, düşünəcək səviyyədə olmalı, özü qərar verəcək yaşa
Başımın Üstünde Yerin VarHatice Kübra Tongar · Hayy Kitap · 20231,099 okunma
10/10
·176 syf.··
Beğendi
·
2019 6. kitabı
·
3 günde okudu
·
Okunma: 03 Şubat 2019 16:30
Kitab, günümüzün bir çox problemli məsələlərini Quran-i Kərim ayələri ilə, hədis-i şəriflərlə izah edən bir qayda kitabıdır deyə bilərik. İncidənlər-incinənlər, axtarmaq və ya səhv başa düşülmək, qiymət bilib bilməmək, yaxşılığa qarşılıq vermək, yaxşılığa yaxşılıqla və ya pisliklə qarşılıq vermək, yardım etməkdən qocunmaq, pis zamanlarda dostların yanında olmaması, sözünü yerinə gətirmək, söz vermək, gecikmək, borcu ödəməmək, qohumlarla münasibət, vəfalı olmaq , valideyn-müəllim(ə)-şagird münasibətləri, yalan danışmaq, xəyanət etmək, iftira atmaq və bura yazıb sığdıra bilmədiyim nicə mövzular var. Kitabı başucu kitabı elan etdim. Sıxıldığım hər an açıb-açıb xətlədiyim yerləri oxuyur, Allahın ayələrini daha da aydın başa düşürəm. Bu kitaba Quran-i Kərimin ixtisarlı, mini təfsiri də deyə bilərik. Təhlili sevdiyim iki replika ilə yekunlaşdırmaq istəyirəm. • Hz. Peyğəmbərin (sav) kürəkəni və qardaşı oğlu Hz.Əlini (r.a) çox sevməsinin hikməti ona soruşulduğunda könül sındırmamağı, yaxşılıqdan əl çəkməməyi öyrənir insan.
Balıkların Duasını AlmakBayram Ali Çetinkaya · Hayykitap · 201721 okunma
10/10
·120 syf.··
Beğendi
·
2019 5. kitabı
·
11 saatte okudu
·
Okunma: 31 Ocak 2019 17:00
LEV NİKOLAYEVİÇ TOLSTOY - İnsan nə ilə yaşayar? .. .. Tərcüməçi- Işıl Karasay .. .. " İnsan kendini kolladığı için değil, içinde sevgi olduğu için hayatta kalır. " Həqiqətən, insan nə ilə yaşayar? Nə ilə var olar bu dünyada? Valideynlərimizə sual versək, yəqin ki, övladlarımız üçün cavabı qaçınılmaz olacaq. Hər insanın bir yaşama səbəbi var. Hər insan səbəblərlə bu həyatda var olur. Bu kitabda da bundan danışılır. İnsana nə lazımdır, nə ilə yaşayar, nə ilə gözü doyar, onu oxucuya çatdırır. Kitabda mövzu, fərqli-fərqli altı hekayə ilə izah olunub. İçindəki hekayələr : • İnsan nə ilə yaşar ? • İnsana çoxmu torpaq lazımlıdır? • Atəşi qıvılcım olarkən söndürməli • Şam • İlyas • Balaca qızlar böyüklərdən ağıllıymış Kitabı oxuduqdan sonra belə nəticəyə gəlirəm ki, din nə olursa olsun, bir Tanrı var və O, hər zaman sevgini, ədaləti insanlarda görmək istəyir. Kiçicik qeyd: Mən Rus kitablarını alarkən tərcüməsində problemlər yaşayıram. Ancaq bu kitabı KORİDOR yayınlarından almağınızı məsləhət görəcək qədər sevdim .
İnsan Ne ile Yaşar?Lev Tolstoy · Koridor Yayıncılık · 2016234,1bin okunma