Sevinc Sərdarlı

Sevinc Sərdarlı
@Sevindj_
22 Ağustos 2005
11 okur puanı
Ağustos 2023 tarihinde katıldı
10/10
·136 syf.··
2024 15. kitabı
Salam hər kəsə "Altı nömrəli palata" kitabı rus yazıçısı Anton Çexov tərəfindən qələmə alınan ən sarsıdıcı hekayələrindəndi məncə) Kitabda çox maraqlı və üzərinə düşündürən fikirlər var. Yazıçının əsas məqsədi ictimai-fəlsəfi problemləri iti şəkildə işıqlandırmaq, cəmiyyətin günümüzdə də əsas problemi olan şəxsiyyət üzərinə zorakılığa və hörmətsizliyə qarşı çıxmaq, ədalət və haqqları uğrunda insanların mübarizə etməkləri kimi bir-birindən önəmli fikirləri izah etmək və fərqindəlik yaratmaqdır. Bundan başqa yazıçı insanların duyğularını ifrat dərəcədə yaşamağının zərərləri və balanslı olmağın önəmi, cəmiyyətin qınağı, fərqli olanı danmaq, azlığın (doğru olsalarda) çoxluğa tabe olması, önyarğı kimi mövzuları da işıqlandırmışdır. Kitabı düşündürücü və bir o qədər də maraqlı edən isə bu mövzuları çox incə şəkildə və obrazların içərisində izah etməsidir deyə düşünürəm
6 Nömrəli PalataAnton Çehov · Parlaq İmzalar Nəşriyyatı · 202187,1bin okunma
9/10
·344 syf.··
Beğendi
·
2024 14. kitabı
Salam, incələmə yazanda xüsusilə ehtiyatlı olmaq lazımdı deyə düşünürəm. Çünki, kitab oxumaqda digər bütün məşğuliyyətlər kimi zaman alır. Ona görə də düzgün seçim etmək lazımdı. Bu kitab isə düzgün seçim ola bilər, amma şəxsi inkişafla bağlı ilk dəfə kitab oxuyanlar üçün. Sadə izah olunub və demək olar ki eyni şeylər yazılıb. Amma yazıçının öz həyat təcrübələri ilə bağlıdı. Ümumiyyətlə şəxsi inkişaf kitablarının çoxunun məğzi düşünürəm oxşardı. Sadəcə oxuduğumuz zaman fərqlidi. İnsan həyatının bəzi zamanlarında bildiyi doğruları belə təkrar eşitmək, oxumaq istəyir və ehtiyac duyur. Ki məndə bu günlərdə bənzər zaman dilimində idim. Yeni öyrəndiyim çox bir məlumat olmadı, amma maraqlı və axıcı idi.
Pozitiv Düşün Pozitiv YaşaVex King · Ali ve Nino Yayınevi · 0374 okunma
Puan vermedi·174 syf.··
2024 12. kitabı
Salam. Daim xoşbəxt olmağın bir yolunu tapmağa çalışan insanlara səslənirəm, kitab sanki bütün doğru bildiklərinizi səhv çıxardır. Hətta ilk 10 səhifədə " bu nə boş kitabdı" dedim. Ama oxumaq yox da daha çox anlamağa çalışanda gördüm ki, kitab vecsiz və boş bir insan olmağı təbliğ etmir. Yazıçı bizə idarə edə bilmədiyimiz situasiyalara enerji sərf etmək yerinə, vəziyyəti anlayıb, qəbul etmək kifayətdir deyir. Həlli bizim ixtiyarımızda olan problemlərə fokslanmaq və inkişaf etmək daha məqsədəuyğundur. Həyat həmişə xoşbəxt ola biləcəyimiz bir yer deyil. Həyatdı bu, qışı da var, yazı da. Gecəsi də, gündüzü də. Hisslərimizi doya-doya yaşamalıyıq. Sevincimiz qədər kəndlərimizi də anlamalı və qəbul etməliyik. Əhəmiyyətsiz problemləri gün boyu dərd edib, dayanmadan düşünənlər üçün ƏLA kitabdı
Vecinə Almamağın İncə SənətiMark Manson · Qanun Nesriyyati · 201615,4bin okunma
Puan vermedi·74 syf.··
2024 10. kitabı
Çox incə kitabdı, səhifələri də azdı. Amma insanda dərin və izahı güc hisslər yaradır. Bir az da düşünəndə əslində böcəyin yəni Gregor Samsanın əslində Kafkanın özü olduğunu anlamaq o qədər də çətin deyil. Zənnimcə Gregor Samsanı öldürən keçirdiyi metamorfoz deyildi. Onu öldürən yaşadığı yalnızlıq hissi və son mənəvi bağı olan bacının da ona üz döndərməyi idi. Burda sual yaranır. Sabah qalxanda bir böcək olsaq, bizi sonuna qədər sevən və qorxmadan yanımızda dayanan neçə nəfər olar? Əgər bu rəqəm sıfır olarsa bizdə Gregor kimi dayana bilməyib ölərikmi? Bu halın yaşanmaması üçün fikrimcə həyatda ən möhkəm bağı özümüzlə qurmalıyıq. Necə deyərlər heç kim olmadan yaşaya bilərəm, amma özüm olmadan olmaz. Ki, yuxarıdaki sualın cavabıda budu deyə düşünürəm.
DönüşümFranz Kafka · Türkiye İş Bankası Kültür Yayınları · 2022267,5bin okunma
10/10
·424 syf.··
Beğendi
·
2024 9. kitabı
·
41 günde okudu
·
Okunma: 04 Eylül 2024 23:21
Möhtəşəm kitabdı. Bitirməyim 1 ayı ötdü, səbəbi isə yazıçının verdiyi tapşırıqlar idi. Amma buna baxmayaraq sevərək bitirdim. Kitabı xüsusilə həyata və ən əsası özünə çox pessimist yanaşan insanlara tövsiyə edərdim. Belə ki kitabdan öyrəndiyim ilk vacib nüans "Həyatımızın iplərini yalnız öz əlimizə almalıyıq, səhv etməkdən qorxmadan" oldu. İkinci ən vacibi isə Həyat daim xoşbəxt ola biləcəyimiz bir yer deyil ki, sirri də elə burasındadı. Əks halda çox sıxıcı olardı. Və son olaraq edilən hər səhvdə başqalarını və başlıca olaraq özümüzü qınadığımız və bunu böyütdüyümüz kimi, doğrular və uğurlarda da sevinməli, qürur duymalı və bunu böyütməkdən çəkinməməliyik. Kim Deyir Ki, Bacarmazsan? Bacararsan!Kim Deyir Ki, Bacarmazsan? Bacararsan! Daniel ChidiacDaniel Chidiac
Kim Deyir Ki, Bacarmazsan? Bacararsan!Daniel Chidiac · Teas Press Nəşriyyatı · 017 okunma