Bizim təhtəlşüurumuzdakı təfəkkürümüz - dahi illüziyaçıdır, o, bizim qarşımızda uyğun qaydalara əsasən böyük illüziyalar düzəldir. O, bizim üçün dünya (daha dəqiq desək dünyacıq) yaradır, istifadəmiz üçün təhlükəsiz və zəruri hesab etdiyi şeyləri seçərək bizi Kainatın xaosundan qoruyur. Lakin müdafiə və yaradıcı funksiyasını yerinə yetirərkən o qeyri-ixtiyari olaraq çoxları üçün məhbusa çevrilir. Məhz bizim təfəkkürümüz imkan vermir ki, yaratdığımız dünyanın sərhədlərindən kənara çıxaq. O, adətən, qorxudan istifadə edərək həmişə incə hiylələr yaradır və bunlarla bizi inandırır ki, onun göstərdiyi illüziyalar Reallıqdır.