19cu əsr Fransasında həmçinin təəssüf ki indiki dünyamızda da var olmağa davam edən problemləri Mopassan bu əsərində diqqətimizə çatdırır. Dürua heç bir bacarığı olmayan, kasıb, köhnə zabitdir. Bir gün əsgərlik yoldaşı Forestye ilə qarşılaşıb onun köməyi ilə jurnalistikaya başlayır. Bu anlardan etibarən isə biz bir insanın içində doymaq bilməyən məmnuniyyətsizlik hissini, hədəfə çatmaq üçün nələr edə biləcəyini görürürük. Onun yeganə silahı görünüşü və hiyləgərliyidi. Lakin o bunlardan çox məharətlə istifadə edir. Hər dəfə öz məqsədinə çatır. Amma onun da cəzası heç vaxt nail olduqları ilə məmnun olmamaq, daima başqalarına həsəd aparmaqdır. Ümid edirəm real həyatda belə insanlarla yollarınız kəsişməz və ya kəsişsə də onların məqsədlərini ilk baxışdan anlayarsız.
Kitab maraqlıdır, uşağın dilindən yazılır. Amma çox informativ deyil. Qısa müddətdə oxuyub bitirilə bilir.Kitabın içindəki yemək reseptləri isə çox faydalıdır.
Kitabda hər ay yaşaya biləcəyiniz problemləri izah edib və ağlınızda olacaq suallara cavab verilməyə çalışılıb. Sadəcə daha çox Amerikan sistemi ilə, xəstəxanaları ilə bağlı olan hissələr var ki azərbaycanlı oxucuya maraqsızdır.
Kitab o qədər axıcıdır ki bir oturumda bitirmək olur. Universitetdən yeni məzun olmuş doktorun tək başına ağır əməliyyatlar həyata keçirmədən qabaqki tərəddüdlərini və bunlarla necə başa çıxdığından bəhs edir. O həmçinin nəzəriyyə və praktikanın ayrı şeylər olduğunu görür və daima daha çox oxuması gərəkdiyini anlayır. Tam soyuq günlərdə oxunacaq bir kitabdır.
Psixologiyaya Bovarizm terminini gətirən əsər. Amma yazıq Charles in günahı nə idi. Bovary onun soyadı adı idi kaş elə adı Emmaizm olardı
Emma həyatda nə istədiyini bilən amma onu necə əldə edəcəyini, istədiyi şeyi- sevgini heç kimdə tapa bilməyən tapandan sonra da ondan sıxılan və böyük psixoloji problemləri olan biri idi.
Həyat yoldaşı Charles isə Emmaya çox aşiq olan onu hər şeyə rəğmən hətta o öldükdən sonra belə sevən , zəif xarakterli biri idi. Bu sevgi də onun sonunu gətirdi.
Kitabın isə sırf bu nəşrində çoxlu çap, hərf səhvləri var idi. Kitabın arxa qapağı isə kitab haqqında bütün məlumatı verirdi. Kitabı oxumağa gərək qalmırdı.
Madam BovaryGustave Flaubert · Sonsuz Kitap · 200840,8bin okunma