Shahla Maharramova

Shahla Maharramova
Potterhead
Uluslararasi ilişkiler
Bologna,Italya
Bakı , Azərbaycan, 28 Mayıs 1998
202 okur puanı
Nisan 2017 tarihinde katıldı

Shahla Maharramova

, bir kitap okudu
7/10
·208 syf.··
2024 17. kitabı
Jacqueline Harpman
8/10 · 62 okunma
Reklam
4/10
·352 syf.··
2024 16. kitabı
Çox bəyənilən bir kitab idi oxucular tərəfindən təəssüf ki mən onlardan biri olmadım. Əslində niyə bu qədər çox bəyənilməsini də anlamadım. Tipik hekayələrdən biri idi. Bad boy- good girl, alpha erkek, daima qara rəngdə geyinən, yayda belə boots-dan vazkeçməyən oğlan, saçında ağ bow olan cello çalan, xərçənglə mübarizə aparan və sonunda həyatını itirən qız. Qəhrəmanlarımız məktəblidir. Eyni mövzuda o qədər çox kitab, hekayə var ki. Kitabda yeni olan sadəcə -min öpücüklə dolu olan banka ideyası idi. eyni sujet xəttinə malik bir kitab. Oxuduqca qıcıq olurdumAlpha erkeyimiz 5 yaşında qapı qonşusunda yaşıd olduğu qızla birgə bütün macəraları yaşayır, amma sahiblənmək artıq 8-9 yaşdan başlayır. Ya mənimsən ya qara torpağın söhbəti 12 yaşdan etibarən (daha tez də olmuş ola bilər tam xatırlamıram) gecələr gəlib qızın otağında yatır (wtf da yəni) Kitabdan zövq almaqda çox çətinlik çəkdim. İndilərdə məşhur olan bad boy-lar və onların belə sahiblənib sevgilərini sevən insanlar üçün daha uyğun kitabdır məncə. İnsanın ruhekizini tapmaq üçün hansısa bir yaşda olmasına ehtiyac yoxdur təbii ki. Hansısa yaşda olan sevgini daha güclü, daha əsl sevgidir deyə bilmərik. Amma 18yaş altı insanların bu qədər onsuz ölərəm hallarını bir az anlamaqda çətinlik çəkirəm. Qısacası (bu qədər uzun yazandan sonra) əgər bad boy, xəstə qız, hekayələrini sevirsiz, sizə təsir göstərirsə oxuyun, yoxsa vaxt itirməyə dəyməz. Live long and prosper
A Thousand Boy KissesTillie Cole · CreateSpace Independent Publishing Platform · 20161,837 okunma
Puan vermedi·192 syf.··
2024 15. kitabı
Məktəbdə baş verən bullinq haqqında olan çox təsirli bir kitab idi. Bəzi detallar o qədər incəliklə yazılmışdı ki oxumaq mümkün deyildi. Neçə dəfə kitabı oxumağa gücüm yetmədiyi üçün yarım buraxdım. Bitirəndən sonra da uzun müddət təsirini hiss etdim. Düzünü desəm, bullilər xaric kiməsə oxumağı məsləhət edə bilmərəm çünki həqiqətən çox təsirlidir. Bir yandan da mənim oxumağa belə gücümün yetmədiyi şeyləri bir başqalarının real həyatda yaşaması insanı çox kədərləndirir. Daha az zorakılığın olduğu dünya diləyilə.
HeavenMieko Kawakami · Europa Editions · 2021368 okunma
Paralel Dünyalar
8/10
·282 syf.··
2024 14. kitabı
Sizcə zamanında üzgüçülüyə davam etsəydiniz həyatınız necə olardi? Ya da musiqi ifa etməyə? Olimpiya çempionu olanda daha xoşbəxt olacaqdız? Ya da bəlkə rok star olanda? Bütün potansialınızı məhv etdiyinizi düşünürsüz? Başqa həyatlarda daha xoşbəxt olacağınızı? Başqa seçimlərin sizi daha yaxşı hiss etdirəcəyini? Nora bu suallara cavab tapmağa çalışır. Yaşadığı həyatdan bezən Nora buna son qoymağa çalışır. Amma Gecəyarısı Kitabxanasına düşür. Burada bütün təəssüfləri ilə qarşılaşır və seçmədiyi seçimlərin necə gerçəklik olacağını, başqa dünyadakı Noraları görür. Bir an belə dayanmadan oxuya biləcəyiniz bir kitab olacaq. Çox maraqlı bir ideyaya əsaslanır. Sizə isə bütün həyatlarınızda xoşbəxt hiss etməyinizi və təəssüf kitabınızın çox nazik olmasını arzulayıram. Sevgi ilə qalın
Gece Yarısı KütüphanesiMatt Haig · Domingo Yayınevi · 202598,4bin okunma