Shahla Maharramova

Shahla Maharramova
Potterhead
Uluslararasi ilişkiler
Bologna,Italya
Bakı , Azərbaycan, 28 Mayıs 1998
202 okur puanı
Nisan 2017 tarihinde katıldı
"Bir insan köçürsə dünyadan əgər, Sən elə bilmə ki, tək bir can gedər. Hər sönən baxışda saysız diləklər, Hər kiçik tabutda bir cahan gedər". Məhəmməd Hüseyn Şəhriyar
1000Kitap
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Axı o, insanın çəkə biləcəyi bütün əzabları çəkib! Onun qəlbinin ən qiymətli hissəsini palçığa atdılar, gəlib-gedən onu tapdaladı. Onun qəlbində elə bir yer qalmayıb ki, ora başqasının nifrətilə damğalanmamış olsun, başqasının dəhşətli istehzası ilə şırımlanmamış olsun!
1000Kitap
Ah, heç bir başqa əzab buna tay ola bilməzdi: əfv etmək istəyəsən, əfv etməyə çalışasan, lakin biləsən ki, bu mümkün deyil, əfv edə bilməzsən, buna cəsarət etməzsən.
1000Kitap
«Bütün dalğalar, fırtınalar mənim üstümdən keçdi».
1000Kitap
Yoxsa bu vaxta qədər heç sizin ağlınıza gəlmirdi ki, bu zavalı oyunbazın da, bir parça əyri-üyrü ağac kötüyünə oxşayan bədəninə zorla yerləşdirilmiş, ona köləlik etməyə məcbur olan, mübarizə edən canlı insan qəlbi var? Siz ki hər şeyə belə həssassınız, sizin ki belə gülünc, zınqırovlu paltar geydirilmiş bu bədənə yazığınız gəlir, bəs necə olur ki, onun zavalı qəlbini yaddan çıxarırsınız, – elə bir qəlb ki, onun müdafiəsiz qalan çılpaqlığını gizlətmək üçün heç təlxəklik bəzək-düzəyi də yoxdur! Bir düşünün: onun bu çılpaq qəlbi soyuqdan üşüyür, hamının gözü qabağında utanıb xəcalət çəkir, tamaşaçıların istehzası onu bir qamçı kimi parçalayır, onların gülüşü, odda qızarmış dəmir kimi onu yandırır! Bir düşünün: o, aciz-aciz ətrafındakı dağlara, daşlara baxır, bu dağlar nə üçün yerindən qopub onun üstünə tökülmür, onu bu əzab verən insanların əlindən xilas etmir, bu daşların nə üçün yazığı gəlmir, niyə uçub onu öz altında basdırmır! O, siçovullara da həsəd edir: çünki siçovulların yer altında yuvası var, qaçıb orada gizlənə bilərlər! Bunu da unutmayın ki, qəlbin axı dili yoxdur, səsi yoxdur, o çığıra bilmir. O gərək səbr etsin, səbr etsin, səbr etsin.
1000Kitap