Shahla Maharramova

Shahla Maharramova
Potterhead
Uluslararasi ilişkiler
Bologna,Italya
Bakı , Azərbaycan, 28 Mayıs 1998
202 okur puanı
Nisan 2017 tarihinde katıldı
5/10
·433 syf.··
2025 22. kitabı
Adam Fawley sevdasını bölüşdüyümüz Rüveyda xanım bu seriyanın kitablarına başlamağımı məsləhət gördü. Kitab özünü oxutdurur, bir oturumda oxuyub bitirə biləcəyiniz kitablardandır sadəcə mənim zövqümə uyğun olan kitablardan biri olmadı. Kitab məktəb proyekti üçün polisin üstünü bağladığı bir cinayət işindən baş qəhrəmanımız Pippanın razı olmaması və üstündən 5 il keçdikdən sonra əsl cinayətkarı ortaya çıxarmağa başlaması ilə bağlıdır. Çoxlu suallarım var kitabla bağlı. Yeniyetmə bir məktəbli niyə polisin edə bilmədiyi, cinayətkarın tapa bilmədiyi işi həll edir? Üstündən 5 il keçməsindən sonra belə niyə bütün şahidlər həmin günlə bağlı olanları bütün detalları ilə xatırlayır? Niyə 17 yaşlı məktəbliyə polisdən belə gizlətdiklərini etiraf edirlər? Ümumiyyətlə məktəb proyekti niyə cinayət araşdırmasına çevrilir? Pippa niyə Salın günahsız olduğunu sübut etmək üçün az qala öz həyatını da təhlükəyə atır? Pippa tam olaraq cringe, pick me personaj idi. Sonunda da sırf plot twist olsun deyə heç gözləmədiyimiz adamın cinayətkar olduğu ortaya çıxır. Eliot 5 ildir çardaqda saxladığı qızın Andie olduğunu bilməyəcək qədər psixolojisi çökmüş vəziyyətdə idisə necə məktəbdə dərs deməyə, normal həyatını yaşamağa davam edirdi və heç kim bunun fərqində deyildi? Digər bir ipucu isə Eliotların evindən cookies-in yoxa çıxması idi açıqlaması isə bu idi ki Eliot cookies-i çardaqda saxladığı evdəki qıza aparır. Başqa mağazadan yeni cookies almaq bu qədər çətindir ki öz evindən şirniyyat oğurluğu edir? Digər kitablara da şans verməyə davam edəcəm bəlkə Pippanı və yazarımızı sevə bilərəm.
A Good Girl's Guide to MurderHolly Jackson · Electric Monkey · 20193,692 okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim

Shahla Maharramova

, bir kitap okudu
5/10
·433 syf.··
2025 22. kitabı
Holly Jackson
8.8/10 · 3.692 okunma
8/10
·368 syf.··
2025 21. kitabı
Cara Hunter kitablarını çox sevirəm. Film izləyirmiş kimi kitablarını oxumaq olur. Seriyadaki bütün kitabları oxuduğum üçün özümü Adam Fawley team in bir parçası olaraq hiss edirəm. Onlarla realda tanış olsam çox yaxşı dostluq qurardım Bu kitab isə Close to Home kitabının ardıdır. Amma kitabı unutmuş olsaz da problem deyil çünki bütün detallar sizə xatırladılır kitab boyunca. Və ya Close to Home kitabının son 10-15 səhifəsini yenidən oxuyub bu kitaba başlaya bilərsiniz. Daisy bu kitabda artıq yeniyetmədir və artıq daha ustadır. Zamanında onu “xilas edən” müəllimindən də artıq xilas olmaq və özünü bu dəfə də yenidən yaratmaq istəyir. Bunun üçün isə amerikali jurnalistə Daisy Mason case haqqında məlumat verib ondan qazanc almağı düşünür. İşlər isə təbii ki başqa cür olur. Kitabın sonunda sağ qalanın Daisy yoxsa Kate olması dəqiq deyilməsə də düşünürəm Daisy sağ qalmış və həyatına Amerikada davam edən şəxsdir. Çünki o Adam haqqında öz Shadow journalda danışırdı. Sonda Adam üçün çobanyastığı çiçəkli gül buketi göndərməsi daha məntiqlidir. Təəssüf ki kitabın sonunda bəzi tam açıqlanmayan detal oldu. Amma ümumi götürsək yenə də sevərək oxuduğum kitablarından biri oldu. Yenidən Adam team ilə qovuşmaq üçün növbəti kitabı səbrsizliklə gözləyirəm.
Making a KillingCara Hunter · William Morrow Paperbacks · 20251 okunma
9/10
·656 syf.··
2025 19. kitabı
Uzun müddətli aradan sonra Dan Brown yenə də mükəmməl bir dönüş etdi. Yenə hər səhifəsi bol informasiya dolu bir kitab idi. Bundan sonra Praganı gəzəndə daha fərqli bir gözlə baxacam bütün detallara. Kitab CİA-in Q adlı təşkilatında insan beyni ilə aparılan ən son araşdırmalardan bəhs edir. Katherine Solomon isə bu nəzəriyyələrdəm bəhs edən kitabını nəşr etdirmək istədiyi zaman CİA planlarının hər kəs tərəfindən bilinməsini istəmədiyi üçün kitabı yox etməyə qərar verir. Hadisələr də elə bununla başlayır. Film kimi bir kitab idi.
Sırların SırrıDan Brown · Altın Kitaplar · 20253,984 okunma