...İnsan həyatı o qədər mürəkkəbdir ki, heç kəs həyat yolunda qarşısına çıxan cığırların hansının gələcəyi üçün daha sərfəli olduğunu bilmir. Bunu yalnız Tanrı bilir və taleyini yaxşı görmək istədiyi bəndələrini ən doğru cığırlara yönəldir...
"Ancaq bu qədər də acizlik olmazdı axı...
İnsan öz sevdiyinə qovuşmaqdan ötrü axıra kimi mübarizə aparmayacaqsa, daha onun yaşamağının nə mənası vardı?"...