Bu kitabdan əvvəl "Albaya mektup yok" kitabını oxumuşdum. Və artıq tamamilə razılaşıram ki, bir kitabı oxuyursansa deməli onun oxunmalı zamanıdır. Bu iki kitab məndə o hissi yaratdı ki, Albay və katib Bartleby bir birinə oxşayır xüsusiyyətcə. Sakit təbiətli, istəklərini diıə gətirməyən, səfalətin bərabərində xarakterləri üzərindəki təsiri. Təbii ki, bir birlərindən fərqlənirdilər həmçinin. Albay üst səviyyə gürurlu ancaq gələcəyə ümidli. Ordakı xoruz simvolu gələcəyə ümidi təmsil edərkən, bu kitabda son abzasdakı sahibsiz məktublar ümidsizliyi təsvir edir. Albay xoruzla gələcəyə bel bağlarkən, Bartleby kimsəsiz məktublarla gələcəyin varlığından şübhə duyur, ruhu daha da qaranlığa qərq olur. Həm bir birinə bənzəyib, həm də bir birindən uçurum kimi ayrılmaq :)
Bir nəfəsə oxuduğum və bəzi şeyləri düşünməyə sövq edən bir kitab daha. Amma nə yalan deyim bəzən də səbrsizlik göstərərək Bartleby'in niyə belə sakit olduğunu düşünürdüm. Kitabın sonuna çatmağa çalışırdım.