İşıqlı ruhun çatdığı alovlar yanırdı.Göy üzü işıqlandıqca işıqlanırdı.O,əvvəl alovlu-qırmızı sonra parlaq qızılı rəngə çalırdı.Elə bu vaxt Günəş dan yerindən qalxıb buludsuz göy üzünə yüksəlməyə başladı....
Karleyl də,Tolstoy da haqlıdır.Onların hər ikisi,bir medalın iki üzüdür.Onlar vahid və böyük həqiqətin iki yarısıdır.Qəhrəmanlar kütləni alovlandırır,ruhlandırır,ancaq bu odu öz xalq kütlələrindən əldə edirlər.
Böyüdücü optik şüşə götürün.O xüsusi üsulla cilalanıb,bunun sayəsində isti günəş şüalarını bir nöqtəyə toplaya bilir.Bu parlaq nöqtə ağacı,daşı,dəmiri alışdıra bilər.Xalqın içindən çıxan hər bir böyük insan bu cür alovlandırıcı rolunu oynaya bilən böyüdücü şüşə kimidir.O şəxsiyyətində öz xalqının bütün dühasını və bütün yaxşı qüvvələrini birləşdirir və bununla istər öz xalqının arasında,istərsə də yad xalqlar arasında milyonlarla insanın ruhunu alovlandırır.Ancaq göy tutqundursa,havada günəş şüaları yoxdursa,heç bir böyüdücü şüşə qar dənəciklərini əritmək,su damlalarını qızdırmaq gücündə olmayacaq