Sona

“Bütün olanları bir sözlə tamamlaya bilərəm: Müharibə. Ya da müharibələr. Bir deyil, iki deyil, saysız-hesabsız müharibələr. Böyük və kiçik, ədalətli və ədalətsiz müharibələr oldu. Qəhrəman və canilər kimi tanıdıqlarımızın dəyişən mövqelərinə şahid olduq. Hər gələn cani bizi özündən əvvəlkinə şükür etdirdi”.
Sayfa 154 - Nəbi·Kitabı okudu
“Yeterince kitabın var” diyenlere cevabımız hazır.
“Sən yaxşı övlad çıxdın”. “Səninlə qürur duyuram, Markos”. Mən əlli beş yaşındayam. Bu sözləri eşitmək üçün bir ömür gözləmişəm. Artıq çox gecdirmi? Bu yaşda, nəhayət, bu sözləri eşitmək çox gecdirmi? Bizim üçün çox gecdirmi? Anamla mən bir-birimizi çoxmu incitmişik? İçimdən bir səs beləcə davam etməyimizi, bir-birimizə yaxşı davranmadığımızı düşünməməyi söyləyir. Belə olsa ağrısız ötüşmək olar.
Sayfa 432 - Markos·Kitabı okudu
İnsan ve Duygular
“O aldığımız ev kinoteatrının puluna Kabildə məktəb tikdirmək olar”
Sayfa 209 - Idris·Kitabı okudu
Hayat
Mən başa düşdüm ki, sənin daxili aləmin dünyanın vecinə deyil. Dünya sənin dərin və sümüyün altından gizlənmiş ümidlərin, arzuların, kədərin və sevincinlə maraqlanmır. Məsələ bu qədər sadə, cəfəng və qəddar idi.
Sayfa 414 - Markos·Kitabı okudu
Hayat
İnsanlar ən ağıla gəlməz şeylərlə yaşamağa alışırdılar. Bu, onun həyatı idi. Bu, onun anası idi. Bu, onun atası idi. Əvvəllər bilməsə də, bu, onun özü idi.
Sayfa 346 - Adil·Kitabı okudu
İnsan