Ömrümün yağışlı günləri başlar,
Yağışlı günləri başlar ömrümün.
Bu yağan yağışlar, yağan yağışlar,
Bilmirəm nəyini xoşlar ömrümün?!
…Bu gələn payızın suları soyuq,
Küləkləri hirsli, yağışı incik.
Mənim əllərimin sığalı soyuq,
Sənin gözün yaşlı, baxışın incik.
Ramiz Rövşən