Kafkanın qələmindən oxuduğum ilk əsər idi "Dönüşüm". Digər oxucular tərəfindən paylaşılan qeydlərdə gördüm ki, Babaya Mektup əsərini "Dönüşüm"dən əvvəl oxumaq lazımdır, təəssüf ki, bu məlumatla gec qarşılaşdım.
"Dönüşüm" əsəri məndə çox fərqli hisslər yaratdı, insanın işini, ailəsini düşünməkdən özünə vaxt ayıra bilməməsi, dəyərsizləşməsi, çürüyüb məhv olması idi bu. Yuxudan ayılırsan və görürsən ki, həşərata dönüşmüsən. Buna baxmayaraq yenə də bacısını, ata və anasını, işini düşünmək Gregorun sonunu gətirir, onu məhv olmağa sürükləyir. Lakin əsərin sonlarına yaxın, görürük ki, Gregor artıq ailəsini belə düşünəcək vəziyyətdə deyil. Bu onun öz iradəsi ilə etdiyi bir şey deyildi, artıq elə vəziyyətdə idi ki, özünü belə düşünə bilməzdi, çünki bu onun sonu idi, məhv olurdu artıq.
Bu əsəri hər yaşda olan insan oxumalıdır, fikrimcə. Çünki əsər bütün dövr və yaş üçün aktuallığını itirməyən bir mövzuda yazılıb.
Hər kəsə xoş mütaliələr🩷