Sevinc Vəliyeva

Sevinc Vəliyeva
@Syrenbook
Azerbaijani language and literature teacher
BStU/Philology
Bakı
İstanbul, 20 Nisan 2001
136 okur puanı
Eylül 2020 tarihinde katıldı
10/10
·72 syf.··
Beğendi
·
2024 1. kitabı
Kafkanın qələmindən oxuduğum ilk əsər idi "Dönüşüm". Digər oxucular tərəfindən paylaşılan qeydlərdə gördüm ki, Babaya MektupBabaya Mektup əsərini "Dönüşüm"dən əvvəl oxumaq lazımdır, təəssüf ki, bu məlumatla gec qarşılaşdım. "Dönüşüm" əsəri məndə çox fərqli hisslər yaratdı, insanın işini, ailəsini düşünməkdən özünə vaxt ayıra bilməməsi, dəyərsizləşməsi, çürüyüb məhv olması idi bu. Yuxudan ayılırsan və görürsən ki, həşərata dönüşmüsən. Buna baxmayaraq yenə də bacısını, ata və anasını, işini düşünmək Gregorun sonunu gətirir, onu məhv olmağa sürükləyir. Lakin əsərin sonlarına yaxın, görürük ki, Gregor artıq ailəsini belə düşünəcək vəziyyətdə deyil. Bu onun öz iradəsi ilə etdiyi bir şey deyildi, artıq elə vəziyyətdə idi ki, özünü belə düşünə bilməzdi, çünki bu onun sonu idi, məhv olurdu artıq. Bu əsəri hər yaşda olan insan oxumalıdır, fikrimcə. Çünki əsər bütün dövr və yaş üçün aktuallığını itirməyən bir mövzuda yazılıb. Hər kəsə xoş mütaliələr🩷
Kafka Dönüşüm
DönüşümFranz Kafka · Karbon Kitaplar · 2021267,5bin okunma
Reklam
Puan vermedi·376 syf.··
Beğendi
·
2023 14. kitabı
·
4 günde okudu
·
Okunma: 02 Kasım 2023 21:46
Rövşən Abdullaoğlunun qələmindən oxuduğum ilk əsər idi. Ümumi olaraq bəyəndim, sadəcə dini ideyalara, fikirlərə həddindən çox yer verildiyi üçün sıxdı həmin hissələr məni. Amma fikirlər maraqsız idi deyə yox, sadəcə həddən çox olduğuna görə. Lakin Visam və Villi arasındakı dostluq o qədər təsir etdi ki mənə, anlamaq üçün kitabı mütləq oxumalısınız. İnsanın son aylarını, günlərini yaşaması, amma buna baxmayaraq başqa bir insanı həyata bağlamaq üçün son nəfəsinə qədər çırpınmaq...Əsəri oxuduqdan sonra üz qabığındakı şəklin nə məna ifadə etdiyini çox yaxşı başa düşəcəksiniz.
İnceleme
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 20242,490 okunma
10/10
·512 syf.··
Beğendi
·
2023 2. kitabı
·
10 günde okudu
·
Okunma: 28 Şubat 2023 12:55
“Aşk insanı büyütür; önce hissettirdiği tarifsiz mutluluk, sonra kaybetmenin verdiği derin acıyla” - Kitabı oxuduğum müddətdə bu cümlədə yazılanları həqiqi anlamda hiss etdim. İnsanın sevdiyi zaman necə xoşbəxt olduğunu, həmin insanı bütün qadağalara baxmayaraq sevib xoşbəxt etməyə çalışmasını…Həqiqətən də sevgiyə qarşı önyarğılarınızı məhv edəcək əsərdir. Bəzi insanlar kitabı elə də bəyənməyib. Hər kəsin əsərdən gözlədiyi bir “beklenti” olur, bəlkə də o istədiklərini ala bilmədikləri üçün bəyənməyiblər. Amma əsəri oxuduqda bəyənməsəniz belə mütləq nəsə qatacaq sizə, əmin olun. Əsərdə June’un Finn’ə olan heyranlığı və məhəbbəti, Toby’nin June ilə dostluğu, Greta’nın keçirdiyi və başa çıxmağa çalışdığı hisslər…hamısı mənim üçün mükəmməl təsvir olunmuşdu. “Əsərin üzərində işlənilsəydi daha mükəmməl olardı” cümləsi ilə razılaşmıram, çünki bu əsərin mükəmməl olmağa ehtiyacı yoxdur. Bu şəkildə gözəldir. Hər kəsə xoş mütaliələr Carol Rifka BruntCarol Rifka Brunt
Aşk
Kurtlara Söyle Eve DöndümCarol Rifka Brunt · Martı Yayınları · 20132,082 okunma
10/10
·264 syf.··
Beğendi
·
2022 3. kitabı
Kitabı oxuyanlar iki cəbhəyə ayrılıb, bəyənənlər və “vaxt itkisi” hesab edənlər. İlk olaraq, onu deyim ki, heç bir kitab vaxt itkisi deyil. Ən elementar və yaxşı olmayan kitabdan belə özümüz üçün, həyatımızın müəyyən situasiyası üçün dərs çıxarmaq mümkündür. Sadəcə, kitabı ötəri olaraq, sonunu görmək üçün yox, həqiqətən hər cümləsində bir fikir axtararaq oxumaq lazımdır. İndi isə gələk bu kitaba, mənim indiyə qədər oxuduğum ən yaxşı kitablardan biri idi. İstər sadə və anlaşıqlı dili, istər mövzusu, istər süjet xətti olsun, hər şey əla idi. Kitab sizə eşq, sevgi mövzulu kitab kimi görünə bilər, amma hər cümləsində fəlsəfi düşüncələrə rast gələcəksiniz. İnsanı yaşadan nədir, məqsədimiz, çatmalı olduğumuz nöqtə haradır- hamısına cavab tapacaqsınız, əgər diqqətlə oxusanız. Çox danışmayacam, qətiyyən vaxt itkisi deyil, mütləq oxuyun
İnceleme
Ne İçin Varsan Onun İçin YaşaHikmet Anıl Öztekin · Destek Yayınları · 20217,7bin okunma
8/10
·80 syf.··
Beğendi
·
2023 1. kitabı
·
13 günde okudu
·
Okunma: 10 Ocak 2023 17:26
Ümumilikdə kitabı bəyəndim, düzdür, bəzi situasiyalarda cümlələr, təsvirlər çox uzadılmışdı, amma məzmun və ideyasını bəyəndim. Hər kəsə yaxşılıq edən, amma nələr qarşılığında edən Əlizamanı dəfn etməyə heç kəs gəlmir. İllərdir evdə tək qoyub getdiyi arvadı isə onu yuduzdurub, “pak” dəfn etdirmək üçün əlindən gələni edir. Oxumağa dəyər əsərdir. Hər kəsə xoş mütaliələr.
İnceleme
Oyun HavasıMəmməd Oruc · Qanun Nəşriyyatı · 201827 okunma
Reklam