Tuncay Abbasov

Tuncay Abbasov
@Taeo
"Laconic" və "Qaranlıqdakı İşıq" əsərlərinin müəllifi
Ali
Naxcıvan, 28 Temmuz
20 okur puanı
Mart 2020 tarihinde katıldı
Həyatın mənası həyatın bizə verdiyi mənalarda gizlidir...
Sayfa 315·Kitabı okudu
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅

Tuncay Abbasov

, bir kitap okudu
10/10
·336 syf.·
Beğendi
·
2021 6. kitabı
Marc Levy
8.8/10 · 330 okunma
Zamana inad sev!
Zaman bizdən daha nələri alacaq? Zaman bizdən hər şeyimizi almamış hər şeyin dəyərini bilək. Bəzən elə şeyləri alır ki, gedişindən sonra yoxluğunu hiss edərək pis oluruq. Necə deyərlər, gedənin, itirilənin arxasınca baxmaq heç bir fayda verməz. Bəzən itirdiklərimiz bizə elə ağır zərbə vurur ki, uzun müddət onun təsiri altından çıxa bilmirik. Sevdiyin şəxsə onu necə sevdiyini göstərməyə cəhd etmə, cəhd etmək başlanğıcın ilkin mərhələsi ola bilər, ancaq başlanğıcın başlanmayan sonu da ola bilər. Sevdiyin insanlara onları necə sevdiyini, onları necə çox istədiyini göstər. Bu gün yanımızda olanlar sabah olmaya bilər. Dəyərini itirmədən bilmək istəyirsənsə, vaxtında onu sev və bunu ona göstər. Kiminsə gözünü arxada qoyma!
Salam. – Bura haradır, sən kimsən? O, qorxmuş və təəccüblü şəkildə sualı verib geriyə çəkildi. – Mənə Laconic deyə bilərsən. Mən səni yeni dünyaya aparacam. Bu dünya sənə bir addım qədər uzaq, bir xəyal qədər yaxındır. Bu dünyada necə olmalısan, sənə hər addımında izah edəcəm. Bu dünya fərqli bir yerdir. Bu dünyada heç vaxt itirməkdən qorxma, burax getmək istəyən qaça-qaça getsin. Bu dünyada küsmək və incimək üçün bəhanələr axtarmaq yerinə sevmək və sevilmək üçün səbəblər axtarın. Bu dünya hər istədiyini sənə verməyəcək. Layiq olmadığınız üçün deyil, daha yaxşısına layiq olduğunuz üçün. Bu dünyada hər şeyə sahib ola bilməyəcəksən, amma az bir şeyə ehtiyac duyacaqsan. Bu dünyada yalnız serotonin, dopamin, oksitosin, endorfin hormonları kəşf olunub. Bu dünyada içmədən də gülə biləcəksən. Bu dünyada insanlar ətrafındakıları görünüşünə, bədən quruluşuna, çəkisinə görə deyil, ruhuna görə sevir. Bu həyatda kin, nifrət, küsmək, qəzəb kimi hisslər yoxdur. Tut əlimdən. Bu dünyaya xoş gəlmisən.