Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Təhməz Muradov

Təhməz Muradov
@Tahmaz_S_Muradov
Məni Köhnələr tanıyır , Yenilər öyrənir... Görənlər izah edir , Görməyənlər xəyal edir...
backend programmer
Programmer
Nakhchivan
Azerbaijan , Nakhchivan, 13 Eylül 2001
45 okur puanı
Eylül 2021 tarihinde katıldı
Mərd adamları sevirəm, çünki gözüylə od götürə-götürə dünyanın qəm yükünü çiynində daşımağa tək onların hünəri çatar.
ZƏRDÜŞT BELƏ DEYİRDİ, FRİEDRİCH NİETZSCHEKitabı okudu
Reklam
Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı! Nə xəlq olaydı, nə xaliq, nə eşqi-həsrət olaydı! Nə dərd olaydı, nə dərman, nə sur olaydı, nə matəm! Nə aşinayi-vüslət, nə bari-firqət olaydı! Könüldə nuri-məhəbbət, gözümdə pərdeyi-zülmət! Nə nur olaydı, nə zülmət, nə böylə xilqət olaydı! Tükəndi taqəti-səbrim, ədalət, ah! Ədalət! Nə öncə öylə səadət, nə böylə zillət olaydı!
~ H.Cavid - “Şeyx Sənan” dramı
Ölüm var ki, həyat qadar dəyərli, Həyat var ki, ölümdən də zəhərli. Yaşamaq da xoşdur, ölmək də xoşdur, Qayəsiz həyatda ölüm də boşdur.
Hüseyn Cavid

Okur Takip Önerileri

Tümünü Gör
HAVA, OD, SU, TORPAQ
H.O.S.T Sənə öyrədilən hər şeyi unut. Sən qum dənəciyi qədər kiçiksən. Sən həyatın boyu ölümü düşünmədən yaşayırsan. Ölüm gələndə isə deyirsən “Mən ki heç yaşamadım”. 100 il sonra isə sənə görə heç kəs ağlamayacaq. Sənə danışılan heç nəyə inanma. Sənin beynini uşaq nağılları ilə doldurdular. Səni inandırdılar ki, bir gün Simurq quşu gələcək və bizi qaranlıq dünyadan xilas edəcək. Sən heç vaxt xoşbəxt olmayacaqsan. Çünki, gözəl pəncərə təkcə şüşənin təmizliyindən yox, həm də mənzərədən asılıdır. Bizim arzularımız yoxdu. Bizim hədəflərimiz var. Biz Tarixin sınma nöqtəsiyik. Biz qorxularımızı ümidlərimizin yanında basdırdıq. Bizim üçün dəyərli heç nə yoxdur. Biz uça bilməyəcəyimizi dərk etmiş körpələrik. Sənə inanan hər kəsi aldat. Səni tərifləyən hər kəsi söy. Bizi öldürməyən bizi gücləndirir. Bizim gücümüz zəifliyimizi anlamağımızdadır. Biz nə qəhrəmanlarıq, nə də ki ədalət döyüşçüləri. Bizim döyüşümüz özümüzə qarşıdır.
Elxan ZeynallıKitabı okudu
Allahın nağılı
Deyilənə görə, Allah insanı yaradandan sonra qısa bir zamanda insan onun qanunlarını pozdu. Bunu görən Allah mələkləri yanına çağırıb dedi: Deyəsən, mən insanları yaratmaqda səhv etmişəm. Onlar hər dəfə mənim sözümü yerə salıb öz bildiklərini eləyəcəklər. Mən onların yanında rahat ola bilməyəcəm. Deyin görüm insanlardan uzaq olmaq üçün mən harada gizlənim? Mələklərdən biri dedi: - Qalx ən uca dağın başına. Allah bildirdi ki, insanlar çox tez bir zamanda bütün dağlara qalxacaqlar. Başqa bir mələk dedi: - Onda ən dərin sulara en. Allah dedi: - Yox, insanlar tezliklə oralara da çatacaqlar. Bunu görən Şeytan dedi: - Ən yaxşısı insanların ürəyində gizlən. İnsanlar tezliklə ürəklərini unudacaqlar.
Elxan ZeynallıKitabı okudu
Reklam
Dərviş şagirdlərinə deyir: - Dünyada Həqiqət yoxdur. Şagirdlərdən biri soruşur: - Bəs bu dediyiniz Həqiqətdir? Dərviş gülümsəyir: - Əlbəttə ki, yox.
36 öğeden 31 ile 36 arasındakiler gösteriliyor.