Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Təhməz Muradov

Təhməz Muradov
@Tahmaz_S_Muradov
Məni Köhnələr tanıyır , Yenilər öyrənir... Görənlər izah edir , Görməyənlər xəyal edir...
backend programmer
Programmer
Nakhchivan
Azerbaijan , Nakhchivan, 13 Eylül 2001
45 okur puanı
Eylül 2021 tarihinde katıldı
Hiç evlenmemiş ve çocuğu olmayan Franz Kafka, Berlin’de bir sokakta dolaşmaktadır. Ağlayan bir kız çocuğuna rastlar. Çocuğun, parkta çok sevdiği oyuncak bir bebeği kaybettiği için ağladığını anlar. Kafka, çocuğa bebeği beraber parkta ararlar ama o gün bebeğin kaybolan izine rastlamazlar. Ertesi gün aramaya karar verirler. Ne de olsa Kafka’nın bu
Reklam
Anlayışları yenidən mənalandırmağa davam
Türk professor Şakir Gözütox "Peyğəmbər dönəmində təhsil və tədris" kitabında yazır ki, ilk ayə endirildikdə Məkkədə cəmi on yeddi adam yazıb-oxuya bilirdi. Mədinədə isə yalnız yəhudilər yazıb-oxumağı bacarırdı. Müsəlmanlar Bədr döyüşündə ələ keçirdikləri müşrik əsirlərə şərt kəsmişdilər ki, bizə yazıb-oxumaq öyrədin, sizi azad buraxaq.
Bir qızın məktubu (real hadisədir )
Bu sözlərim sənədir, ata.. Bilirəm, sən bu yazıları görməyəcəksən və bunun üçün də rahat-rahat yazıram (yanında ola bilməyəcəyim qədər rahat). Hiss etdiklərimi kağıza yaza bilmərəm çünki, yazsam mütləq bir gün oxuyardız və mənə heç vaxt bunları sizə danışa bilməyəcək qədər soyuq davrandız. Mən ruhu ac, iyirmi 'yaşlı' 'gənc' bir

Okur Takip Önerileri

Tümünü Gör
ARİSTOTEL - Qədim yunan filosofu
Aristotelə deyirlər ki,bir nəfər sən olmayan yerdə dalınca səni söyürdü. Aristotel cavab verir: qoy mən olmayan yerdə lap məni döysünlər.
İsraildə Moti Aşkinazi deyilən bir oğru varmış. Adam həm də narkomanmış. Bir neçə dəfə həbs yatıb, çıxıbmış. Sonuncu xırda oğurluq üstündə tutulur, Motiyə ev həbsi verirlər. 1997-ci ildə Moti ev həbsinin qaydalarını pozur. Dəniz sahilində gəzməyə çıxır. Həmin gün tədris ilinin son günü imiş, uşaqların çoxu məktəbdən çıxıb, özünü birbaşa dənizə
Reklam
Gülümsəyin
Qadın qapını döyür, bir kişi qapını açır. Qadın deyir: - Biraz öncə sizin pəncərəni topla sındıran uşağın anasıyam, üzr istəyirəm və sizə dəymiş zərəri ödəmək istəyirəm. - Eyib etməz xanım, top şüşə ilə yanaşı qiymətli bir küpəni də qırıb. Qadın içəri daxil olur, sınmış küpəni görüb üzürxahlıq etməyə başlayır. Kişi isə kefini pozmadan deyir: - Heyfislənməyin, yüz illərdi bu küpənin içində yaşayan cinəm, oğlunuzun sayəsində ordan azadlığa çıxdım. Üç arzu deyin, yerinə yetirim. Həyəcanlanmış qadın dərhal "Parisdə villam olsun" deyir. Kişi telefonla harasa zəng edir və villanın hazır olduğunu bildirir. Qadın ikinci arzu olaraq bahalı avtomobil istəyir. Kişi telefonla danışır, sonra isə avtomobilin villanın qarajında olduğunu bildirir. Qadının sonuncu arzusu bahalı daş-qaşlar olur, kişi yenə də telefonla zəng edir, qadına daş-qaşın villada olduğunu bildirir və deyir: - Xanım arzularınızı yerinə yetirdim, mənim də bir arzumu siz yerinə yetirin. Yüz illərdi küpənin içində yaşayıram, qadın görməmişəm. Bir gecənizi mənə bağışlaya bilərsinizmi? Üç arzudan sonra bir xeyli həyəcanlanmış və sevincək olan qadın düşünmədən razılaşır... Gecəni birgə keçirdikdən sonra kişi qadından soruşur: - Xanım, sizin neçə yaşınız var? - Otuz - Otuz yaşınız var, amma hələ də cinlərə inanırsınız?
Düzgün oxunduqda , Müqəddəs Kitab ateizm üçün ən böyük qüvvədir. ~
Isaac Asimov
Isaac Asimov
Sosial şəbəkələrdəki “sürü psixologiyası”
Hər kəs istəyir ki, internetdə paylaşdığı material çox adam tərəfindən bəyənilsin və oxunsun. İstər sosial şəbəkələrdə olsun, istər xəbər saytlarında olsun rəqabət günü-gündən artır. Hamı birinci olmaq istəyir. Hamı daha çox şərhin ona yazılmağını, daha çox “like”-ın ona gəlməsini istəyir. Bunun üçün də hər kəs ən yaxşısına, ən maraqlısına can
Universitetdə ən çox sevdiyim müəllimin otağında idim. Mənə “Nə olmaq istəyirsən?” deyə sual verdi. “İntellektual olmaq istəyirəm” dedim. “Səndən intellektual olmaz” dedi. Donub qaldım, sonra incik bir səslə "Sizin dərsi keçsəm də yenə mühazirələrinizə gəlirəm, ən çox oxuyan, araşdıran və elmi müzakirələrdə iştirak edən yenə mənəm” dedim. “Səndən intellektual olmaz” dedi. Çox qəzəblənmişdim! “Dosentlik dissertasiyalarının mövzularını belə mən təklif edirəm" dedim. Professor gülümsəyərək geriyə yaslandı. "Səndən çox yaxşı tədqiqatçı olar, amma intellektual olmaz” dedi. Arxasınca da davam etdi: “Səndən intellektual olmaz dediyimdə niyə elə düşündüyümü soruşmadın, küsdün və qəzəbləndin”. Yazarlıq bilik işidir. İntellektuallıq bilik deyil, davranış tərzidir. Bir insanın intellektual olması üçün ailəsinin ən azı 3 nəsil oxumuş olması lazımdır. Universitetin həyətinə bax. Son model avtomobillərlə doludur, hamısı da müəllimlərə məxsusdur. Hər il yenilərini alırlar. Tez-tez maşın dəyişməyə nə ehtiyac var? Niyə belə yaşayırlar? Çünki müxtəlif elmi titullara sahib müəllimlərin karyerası nə qədər yüksək olsa da ruhları feodal bir kəndçi ruhudur. Güclərini cəmiyyətə sırımaq üçün özlərini belə göstərməli, lovğalanmalıdırlar. Əsl intellektual əsla bu motivlərlə hərəkət etməz. Saxta intellektual kəndçilərə diplomlar və elmi titullar azlıq edir. Eynilə pulun azlıq etdiyi kimi. İlber Ortaylı (1947) Türkiyə tarixçisi
İlber Ortaylı
İlber Ortaylı
- Korun gözləri açıldığında ilk edəcəyi şey nədir bilirsən? - Ona yol göstərən çəlikini qırmaq. - Nankorluq bu qədər gözəl izah edilə bilməzdi. "Woman in the dunes" filmindən (1964) Yapon yazıçısı Kobo Abenin "Qumluqdakı qadın" romanı əsasında çəkilmiş eyniadlı film. Müəllim işləyən gənc Niki (Eydzi Okada) həvəskar-entomoloqdur, o, böcək kolleksiyası toplayır. Səhraya böcək axtarışına yollanan Niki, avtobusa gecikdiyindən bir kənddə gecələməli olur. Dəniz kənarında yerləşən kənd qum təpəcikləri ilə zəngindir. Sakinlər gecələmək istəyən kişini kəndir nərdivanla quyuya salırlar. O, quyunun dibindəki daxmada yaşayan gənc qadının (Kyoko Kishida) qonağı olur. Səhəri gün yola düşmək istəyən Niki nərdivanın götürüldüyünü görür. Zamanla tələyə düşdüyünü anlayan kişi qadına qumları təmizləməkdə kömək edir. Çünki qumlar təmizlənməsə kənd onun altında qala bilər. Qumlar təmizlənməyəndə isə onlara yemək, su verilmir. Kişinin qaçmaq cəhdləri alınmır. O, taleyi ilə tədricən barışır və bir gün qumluğun dərinliyində su mənbəyi tapır.
Reklam
Ən yaxşı kitab sənin qəlbini vərəqləyən kitabdır. — Əbu Turxan
Birinin sizinlə maraqlandığını, sizi xoşladığını və sizin ürəyinizi qazanmağa çalışdığını göstərən bəzi işarələr: 1) Bu şəxs sizə xoşladığınız şeyləri gətirirsə; Bu istənilən bir şey ola bilər, məsələ orasındadır ki, sizə qarşı diqqətli olduğunu, sevdiyiniz şeyləri bildiyini göstərmək istəyir. 2) Əgər sizə davamlı olaraq komplimentlər
AZADLIQ AZADLIQ. Gözəl sözdür. Xoşdur. Asan gəlir. Lakin ÇOX çətindir. Azad olmaq məsuliyyət deməkdir. Azad olmaq bəhanələrin olmaması deməkdir. Azad olmaq beynindəki divarları yıxmaq deməkdir. Azad olmaq öz işlərində kimlərisə günahkar görməməkdir. Azad olmaq güclü olmaq deməkdir. Bu gün Azərbaycanda ən böyük problemlərdən biri cəmiyyətin insanların azadlıqlarını əllərindən alaraq onlara nələr etmələri gərəkdiyini diktə etməsidir. Valideynlər. Ağsaqqallar. Böyüklər. Yaxın və uzaq qohumlar. Bunu et – hərkəs belədir. Sürüyə qoşul. Kütlə kimi ol. Bunu etmə - camaat nə deyər?. Səssiz ol – hərkəs belədir. Döz – hamı bir təhər dözür. İnsan 70 yaşına çatır. Və anlayır ki, həyatını valideynlərinin, qohumlarının, tanıdığı və tanımadığı insanların nəsə deməsinə bağlı yaşayıb : sevmədiyi işdə işləyib.... sevmədiyi insanlarla ünsiyyətdə olub... sevmədiyi insanla hər səhər oyanıb... sevdiyinə yaxın dura bilməyib... Ona yol göstərənlərdən biri olub. Halbuki azad olmaq üçün cəsarətli olsaydı.... Sevdiyi işdə sevdiyi peşə ilə məşğul olardı. Sevdiyi insana hər gün sevgisini etiraf edər və ondan o sözləri eşidərdi. Azad olun. Beyninizdəki divarları yıxın. Həyat qısadır. Hərkəsə beynindəki divarları sökməyi və məsuliyyəti öz üzərinə götürməsini arzu edirəm!
Torpaq bir gün güzgüyə deyir: - Ey güzgü, sənə həsəd aparıram. Çünki kim sənə baxsa özünü görür amma mənə baxan ancaq məni görür. Güzgü torpağa cavab verir: - Bu nə dərddir çəkirsən? Bəs bilmirsən ki, mən mənə baxanların bu gününü göstərirəm amma sən sənə baxanların sabahından xəbər verirsən? Bu cavab torpağın xoşuna gəlsədə yenə deyir: - Bəllidir ki, sözlərin məni rahatlatmaq üçündür. Bəs deyə bilərsənmi, sənə baxanlar heç dönüb mənə baxar? Güzgü gülərək cavab verir: - Narahat olma, mənə baxmağa üzü olmayanlar həmişə dönüb sənə baxacaq.
Bu hadisə 14 oktyabr 1998-də qitələ arası uçuş əsnasında baş verib.Bir qadın təyyarədə zənci bir adamın yanında oturur. Vəziyyətdən məmnun olmayan xanım öz narahatlığını stüardessaya bildirir, belə xoşagəlməz bir insanın yanında otura bilməyəcəyini söyləyir. Stüardessa bütün oturacaqların dolu olduğunu, lakin VİP bölməsindən əmin olmadığını nəzər yetirib qayıdacağını deyir.Zənci isə bu hadisədən çox məyus olsa da cavab verməməyi üstün tutur. Qadın isə birinci bölmədə uçuşa davam edəcəyinin sevinciylə stüardessanı gözləyir.Bir neçə dəqiqə sonra geri qayıdan stüardessa qadına:”VİP-də bir yer tapdım.Heç kim problem yaradan şəxsin yanında oturmaq məcburiyyətində qala bilməz” dedi.Qadın isə zəfər qazanmışcasına yerindən qalxmağa hazırlanırdı. Elə bu zaman stüardessa küncdə əyləşən zənciyə müraciət edərək: “Cənab, sizi təyyarənin VİP bölməsindəki yeni yerinizə aparmaq üçün məni izləyə bilərsiniz? Səyahət firmamız adına kapitan pilotumuz belə xoş olmayan bir hadisə yaradan şəxsin yanında oturmaq məcburiyyətində qaldığınız üçün sizdən üzr istəyir.
60 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.