Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Təhməz Muradov

Təhməz Muradov
@Tahmaz_S_Muradov
Məni Köhnələr tanıyır , Yenilər öyrənir... Görənlər izah edir , Görməyənlər xəyal edir...
backend programmer
Programmer
Nakhchivan
Azerbaijan , Nakhchivan, 13 Eylül 2001
45 okur puanı
Eylül 2021 tarihinde katıldı
Bir gün Çili diktatoru Augusto Pinoçet üst geyimini dəyişdirib kinoteatra getmişdir. Kimsə onu tanımamışdır. Salonda işıqlar söndürülür, film başlayır. Filmin bir səhnəsində Pinoçet'in özünü göstərirlər. Zaldaki bütün izləyicilər, ayağa qalxıb alqışlamağa və Pinoçetin xeyirinə təzahüratlar səsləndirməyə başlayılar. Pinoçet bu vəziyyətdən məmnun qalıb, gururla filmi izləyirdi. Yan tərəfindəki adam əyilərək Pinoçet'in qulağına bu sözləri dedi: -Dostum, zal mülki polislərlə doludur. Bu şərəfsizə görə özünü asdırmağa dəyməz. Ayağa qalx, səndə alqışla..
Reklam
Nağıllar;kiçikkən yatana qədər, böyüyüncədə oyanana qədərdir. —
William James
William James
Stalin öz yaxın silahdaşlarını yanına yığıb deyir: - Bax, siz baş sındırırsınız ki, xalqı necə idarə edəsiniz, necə edəsiniz ki, mən kirpik çalanda, hamı kirpik çalsın, mən gözümü yumanda hamı gözünü yumsun, hamı mənə tanrı kimi baxsın. Yaxşı deyiblər çar tanrı deyil, ancaq ondan da əskik deyil. Stalin diri toyuq gətirilməsini əmr edir. Toyuğu son lələyinəcən diri-diri yolur, zavallının bircə pipiyi və başının şanası qalır. - “İndi isə baxın” - deyib lüt toyuğu yerə buraxır. Hamı gözləyir ki, toyuq baş götürüb qaçacaq, ancaq hara qaçsın- günün altında istidən bişir, kölgədə üşüyür, buna görə də Stalinin çəkmələrinə qısılır. Stalin gedə-gedə təkəm-seyrək dən səpir, toyuq da onun ardınca gedir, başa düşür ki, getməsə acından öləcək, ütülmüş vəziyyətdə özünə yem tapa bilməyəcək. Stalin deyir: - Baxın, xalqı məhz belə idarə etmək lazımdır! SSRİ liderləri ilə bağlı zamanında xeyli lətifə və əhvalatlar uydurulmuş, xalqın dilinə düşmüşdü. Bu da növbəti, reallığı qismən əks etdirən bir əhvalat.

Okur Takip Önerileri

Tümünü Gör
Maraqlı hekayədir.
Qonşu olan, iki ölkənin hökmdarları bir-biri ilə heç vuruşmazdılar, amma hər fürsətdə bir-birini incidirdilər. Ad günlərində, bayramlarda maraqlı hədiyyələr göndərməklə bir-birlərinə zəka üstünlüyü nümayiş etdirərdilər. Hökmdarlardan biri bir gün ölkəsinin ən böyük heykəltəraşını hüzuruna çağırtdırır. Ondan istədiyi eyni boyda,eyni çəkidə və
1 manatın acı talehi
Mənim adım Bir Manatdır. Məni İsveçrədə hazırlayıb Azərbaycana göndərdilər. Bir gün sonra dövrüyəyə buraxıldım. Əvvəlcə məni bir neçə qardaşımla bərabər bir bankomata yerləşdirdilər. Bu vaxta qədər mənə insan əli dəyməmişdi, təp-təzə idim. Bir gün bir qoca məni bankomatdan çıxardı. Tək deyildim; mənimlə birgə böyük qardaşlar 20 və 50 manat, yeddi
Reklam
Heçvaxt hərşeyi bildiyini zənn etmə, həqiqətən çox bilgili olsanda, öz-özünə "Mən cahiləm" deyə biləcək cəsarətiniz olmalıdır." —
Ivan Petroviç Pavlov
Ivan Petroviç Pavlov
Əgər sən gülü sevirsənsə, qoy gül yaşasın, onu dərmə. Sən gülü dərəndə o solur, və daha sənin sevdiyin varlıq olmur. Gülə qulluq edib onun qayğısına qalanda isə, o daha da gözəlləşir, ətirlənir,daha da sevimli olur. Sevgi sahiblənmək deyil, sevgi-varlığına minnətdar olmaqdır — Chandar Mohan Jain osho oşo
"Doğrudur; kitab oxumaq qarın doyurmur. Ancaq qarnı tox, başı boş adamlardan çəkdiyimiz qədər də, heç kimsədən çəkmədik..." —
Zülfü Livaneli
Zülfü Livaneli
Anna Karenina
Dahi rus yazıçısı Lev Tolstoy “Anna Karenina” əsərində lövhü-məhzufu, yazıya pozu olmadığını, insanın taleyin cızdığı çevrədən kənara çıxa bilməyəcəyini ayrı-ayrı detallarla vurğulayır. Yəni Tanrının iradəsi məsələsinə xüsusi önəm verir. Yazıçı Anna Kareninanın ölümünü "yazıya-pozu yoxdur” ilə izhar eləmir. Yazıçı qəhrəmanın faciəvilik qanununu əsas götürür. Anna Karenina ərli qadın olaraq başqasını sevməklə faciəvi situasiyaya düşür. Faciəvi situasiya o situasiyadır ki, ondan çıxış yolu yoxdur. Faciə labüdlük deməkdir. Əsər yeni çap olunduğu zamanlar Lev Tolstoyu günahlandırırdılar ki, belə bir gözəl qadını əsərdə niyə öldürürsən? Lev Tolstoysa cavab verirdi ki, mən onu öldürmək istəmirdim, o, özü-özünü qatarın altına atdı. Bu heç də gəlişigözəl söz deyil. Lev Tolstoy bu fikriylə demək istəyir ki, mənim istədiyim bir şeydir, hadisələrin məntiqi başqa şeydir. Yəni Anna Karenina faciə yolundadır, onu heç bir təsadüf xilas edə bilməz…
Təhməz Muradov
Təhməz Muradov
,
Anna Karenina
Anna Karenina
,
Lev Tolstoy
Lev Tolstoy
Heç kimə lazım olmadıqlarını düşünən insanlar çox vaxt ən lazımlı insanlar olurlar — Erix Mariya Remark
Reklam
Aleks Kanevski (ABŞ-da yaşayan rus rəssam) / “İtirilənlər” əsəri
“Bir gün insan “vergülü” itirdi. O zaman fikirləri bir-birinə qarışdı, mürəkkəb cümlələr qurmaqdan qorxdu. Bəsit cümlələr qurmağa başladı. Cümlələri bəsitləşdikcə fikirləri də bəsitləşdi. Daha sonra o, “nöqtəni” itirdi… Fikirləri uzandıqca uzandı. İfadə edə bilmədi özünü. Başqa bir gün “nidanı” itirdi. Səs tonunu dəyişdirmədən danışmağa başladı, monotonlaşdı. Ətrafda baş verən heç bir şey onda kiçik bir həyəcan belə doğura bilmədi. Sevincini, qəzəbini - bütün duyğularını itirdi. “Sual işarəsini” itirdiyi andan sual verməyi unutdu. Hər şeyi olduğu kimi qəbul etməyə başladı. Nə dünya, nə insanlar, nə də həyat onu maraqlandırmırdı. “İki nöqtəni” itirdi və heç nəyi aydınlaşdırmaq ehtiyacı duymadı. Ömrünün sonunda əlində ancaq “dırnaq işarəsi” qalmışdı, onun da içində başqalarının fikirləri… Düşünmək qabiliyyətini itirincə isə, son “nöqtəyə” çatdı...”
Qandinin həyatla bağlı suallara verdiyi cavablar
1 Ən gözəl gün? Bu gün 2 Ən asan şey? Yanılmaq 3 Ən böyük maneə? Qorxu 4 Ən böyük səhv? Əl çəkmək
Bu hadisə 1506-cı ildə Frankfurtda qələmə alınıb. Deməli, bir tacir 800 guilder (pul vahidi olub) itirir. Yoldan keçən dülgər təsadüfən tacirin pul kisəsini tapır. Son dərəcə dindar olan dülgər pul kisəsin hamıdan gizli saxlayır. Düşünür ki, bu qədər pulun itməsi səssiz ötüşməz. Yəqin ki, pul sahibi pulunu tapmağa cəhd göstərəcək. 800 guilder nə
Sevgi üçün ölmək çətin deyil, buna layiq sevgini tapmaq çətindir. —
Lev Tolstoy
Lev Tolstoy
Ayrılıq zamanı mütləq bir tərəf əziyyət çəkir. Əgər heç bir tərəf əziyyət cəkmirsə, deməli sevgi olmayıb, əgər hər iki tərəf əziyyət çəkirsə, deməli sevgi hələ də yaşayır. — i.Eral
60 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.