The Light

Əhatəsindəkilərin mənasızlığını görür, zaman-zaman qayğılandığı dərdlər, ağrılar, əzablar gərəksiz, lüzumsuz bir duyğuya çevrilərək onu tərk edirdi. O çıxıb gedən ağrılarının, əzablarının arxasınca boylanır, bunun nə üçün belə olduğunu anlaya bilmirdi. İçərisində hansı bir qüvvəninsə onu xəyallarının əzablı əsirliyindən qurtarmağa çalışdığını hiss edirdi.
Etimoloji Defteri
Mücellit Nedir ?

The Light

, bir kitap okudu
7/10
·150 syf.·
1 saatte okudu
·
Okunma: 03 Kasım 2024 00:00
·
2024 86. kitabı
Jochem Myjer
8.8/10 · 13 okunma
Nat..
Ömrünün dönüş nöqtələrində, ən xüsusi anlarında xatırladığı kimi. Əlbəttə, bunları hələ bilmirdi. Ancaq bunu ürəyində, qəlbinin dərin bir yerində hiss edirdi... "Sənə deyəsi o qədər sözüm var ki..." ürəyindən keçirdi.
Cek haqlı idi. O qədər qorxaraq yaşamışdı ki, qorxusuzluğun nə olduğunu unutmuşdu. Anasının bir gün yenidən yoxa çıxmasından, atasının dərddən çökməsindən, ailəsinin pərişan olmasından qorxmuşdu.
Əlində xoşa gəlməyən, sevilməyən lazımsız şeylər qalmışdı. Ancaq bu dəfə onları qaytarıb yerinə qoymadı. Onları bir-bir və diqqətlə saydı, qaşığı iki dəfə işıqda parıldadıb, pulqabının ciblərini bir-iki dəfə açıb bağladı. Sanki, lazımsız olduqlarının əvəzini çıxmaq, əşyalara təsəlli vermək istəyirdi. Bəziləri illərdir ondaydı. Kimsə bu əşyaların itməsindən duyuq da düşməmişdi. Krandan tökülən damcılardan fərqli olaraq, səs də çıxarmadan qeyb olmuşdu bu əşyalar.