The Light

9/10
·120 syf.··
2024 36. kitabı
·
25 saatte okudu
·
Okunma: 28 Nisan 2024 00:00
“Gecikən”ə gecikən olmaq istəmədim :D. Bəlkə, hiss etmiş olarsınız, sanki harasa tələsirik.Ya özümüz , ya ətrafımız, ya mühit bizi harasa tələsdirir.Buna görə də həyatımız düşüncələrdən də daha sürətli keçir.Kitabın adından da göründüyü kimi bu obrazımızı da harasa tələsdiriblər, o da tələsib.Və o bu təyziqdən qurtulmaq üçün bu dəfə tələsməyərək sadəcə “gecikən” olmağı seçib. Yazıçının kinayə dolu qələmini oxuyarkən bəzən gülsək də, sonra üzərimizin mürəkkəb olduğunu görəndə anlayırıq ki, burda hədəf biz olmuşuq. İlk gördüyüm andan etibarən niyə qocalar evinin “Qış Günəşi” adlandırlıdığı mənə çox maraqlı gəldi.Ümümiyyətlə, qış günəşi deyəndə yandıran amma isitməyən, aldadıcı günəş kimi gəlir.Bəlkə də, burada elə çoxu zahirdən günəş kimi görünürdü amma qış günəşi idi.Yəni, insanlar özlərini sanki yaşayırmış kimi aparırlar, amma hər gün asta-asta ölürdülər.Yaxud özlərini xəstə olmadıqları təqdirdə xəstəmiş kimi aparırıdılar, bununla da sanki həyatı aldadırdılar.Həyat onlara toxunmasın, onları yandırmasın.Ya həyat onları çoxdan yandırıbsa, necə? Əsərdə ailə münasibətlərinin əhəmiyyəti də dolayı yola ön plana çəkilmişdi,həyat yoldaşının belə yanında torpağa verilməyini istəmirdi, amma Rozanın məzarının yaxınlığında torpağa veriləcəkdi.Ona da gecikmişdi.Öz qızını anlamağa da gecikdiyi kimi. Həyata gecikməsi az deyilmiş kimi yoldaşı da onu daha çox gecikdirirdi.Yoldaşı qocalığı qəbul etmək istəməyərək, onun üstünə atması kimi.Yaxud övladlarına qarşı münasibətində də aydın görülürdü.Yoldaşının qucağında iti görəndə onu yerə burax desə belə, orada deyilən “siz kimsiniz?” təkcə demensiya ilə bağlı deyildi.Sanki 74 illik ömrünün ən yaxşı anlarını zəhər edən qadına bir sillə idi. Ölümünün də Bohumil kimi olması isə ayrı bir ironiya idi.Çox yerlərə toxunmaq istəyərdim, çünki
GecikənDimitri Verhulst · Nebula Publishing House · 2024536 okunma
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Həmin anlarda istəyirəm ki, bir düyməyə basım va zaman daha sürətli axsın. Bu illər heç birimiz üçün əyləncəli keçməyəcək. Nə mənim, nə sənin, nə də bir başqası üçün.
- Hayat düşüncələrdən daha sürətli keçir, - ciddiyyətimi pozmadan dilləndim, və o qərar verməmişdən əvvəl qocalmışdı.
Edebiyat
-Və,-davam etdi,-özümlə tək qalmağa ehtiyacım var idi. Bu binanin hüdudlarından kənarda daima danışmalı olduğun dünya var. Danış, danış, danış və daha çox danış. Və qulaq as, ya da özünü qulaq asirmış kimi apar. Ailən və başqa məsuliyyətlərin var, bu da çox vaxt danişmalı və dinləməlı olduğun deməkdir. Və mən artıq bunu xoşlamadığımı hiss etdim, bu ictimai pantomima daha xoşuma gəlmirdi.
- Ölməyə yaxın olanların özlərini ittiham etdikləri beş şey var: birincisi, çox işləyiblər. İkincisi, başqalarinin gözləntilərinə əsasən yaşayıblar. Üçüncüsü, dostları ilə əlaqələri kəsilib. Dördüncüsü, öz xoşbəxtliklərinə diqqət ayırmayıblar. Besincisi duyğularını ifadə etməyiblər.