İçimdeki Yaz, Brenda Novakdan oxuduğum ilk kitab.
Mövzu : Kalli ağır qaraciyər xəstəliyi ilə üzləşəndə həyatını sadələşdirməyə çalışır elə bu anda keçmişi problemlərlə dolu Leviylə yolları kəsişir.
Təhlil :
Hekayə gücü iki sınmış insanın bir-birinə tutunması ətrafındadır. Callienin həyatını itirmək qorxusu, tənhalıq və çarəsizliklə mübarizəsi kitabı adi bir romantik roman olmaqdan çıxarıb daha emosional bir hala gətirir. Yan obrazlar və onların münasibətləri də hekayənin təsirini artırır.
Kitanın zəif tərəfi də var. Belə ki, süjet bəzən romantik klişelərə söykənir məsələn, “yaralı kişi + kövrək qadın” bu çox da orijinal deyil. Bəzi şeylər səthi qalır.
Buna baxmayaraq, romantik və ümid hissini aşılayan bir romandır. Dramla sevgi qarışımını sevirsinizsə təsirli ola bilər, amma dərin, psixoloji və realist bir sevgi hekayəsi axtaran oxucular üçün sıxıcı ola bilər. #sitat #kitapyorum #yorum #kitapyorumları
Mövzu:
Kabus gördükdən sonra ət yeməyi dayandıran bir qadının, cəmiyyət təzyiqi və ailə basqısı altında tədricən öz dünyasından qopmasından bəhs edir. Sakit bir üsyanın necə dağıdıcı nəticələrə çevrilə biləcəyini göstərən sərt bir hekayədir.
Təhlil:
Oxuduqca narahat edən, düşündürən və bəzən də təəccübləndirən bir kitab oldu. Psixoloji gərginlik kimi irəliləyir və qəhrəmanın dəyişimini çox sarsıdıcı şəkildə təqdim edir. Açığı, mənim üçün çox qəribə bir kitab idi; ilk dəfə Koreya ədəbiyyatı oxudum və belə bir giriş gözləmirdim. Buna baxmayaraq, hekayənin atmosferi, simvolları və qaranlıq tonu insanı özünə çəkir. Yeong-hye romanın mərkəzində duran, uzun illər susqunluq və basqı altında yaşamış bir qadındır. Qorxunc yuxudan sonra ət yeməyi dayandırması onun içindəki gizli üsyanın ilk əlamətinə çevrilir. Zaman keçdikcə cəmiyyət və ailə təzyiqi onu reallıqdan qoparıb iç dünyasına daha dərindən çəkir. Əri duyğusuz və laqeyd biridir; onun üçün Yeong-hye sadəcə problemsiz bir “arvad” olmalıdır və qadının dəyişimini anlamır, yalnız öz rahatlığının pozulmasına qıcıqlanır. Kayınbirader daha təhlükəlidir: özünü sənətçi kimi göstərsə də, Yeong-hye’nin zəifliyindən şəxsi istəkləri üçün yararlanır və onu insan yox, obyekt kimi görür. Bacısı In-hye isə romanın ən empatik obrazıdır; bacısını qorumağa çalışsa da, sistemin sərtliyi qarşısında tək qalıb gücsüzləşir. Ailə bütövlükdə cəmiyyətin köhnə basqılarının simvoludur. Yeong-hye’ni “düzəltmək” adıyla daha çox sıxışdırır və onun qopuşunu sürətləndirir. Bütün bu obrazlar birlikdə bir qadının necə addım-addım dağıldığını göstərən böyük bir mexanizmin parçalarına çevrilir. VejetaryenHan Kang