Kirazçiçeğimm

Kirazçiçeğimm
@Thebookislife__
Bir efsaneydi, efsaneydi senle beraber olmak
Balaca Şahzadə
10/10
·112 syf.··
Beğendi
·
2025 21. kitabı
·
20 saatte okudu
·
Okunma: 13 Temmuz 2025 11:22
Deməli... Belə - belə... Bir kitabın daha sonuna gəldik.Amma bu kitab digərləri kimi təsir etmədi mənə.Bu kitab tamam başqa aləm idi.Necə anladım, bilmirəm.Anlatsam, anlayacaığınızı da bilmirəm.Hər kitab haqqında yazıram "Bu kitab möhtəşəm idi..." . Amma bu kitab haqqında sadəcə onu demək yetməzdi... Kitabın bəzi yerləri gülməli, bəzi yerləri kədərli, bəxi yerləri isə çaşqınlıq dolu idi. Yazıçı Antuan de Sent-Ekzüperi hər şeyi o qədər mükəmməl vurğulayıb ki... Hələ Balaca Şahzadənin yaşlıları sevməməsi... Bu kitabı oxuyandan sonra əmin ola bilərəm ki, yaşlananda " rəqəmləri sevən" yaşlılar kimi olmayacağam.. :) Təşəkkürlər
Balaca ŞahzadəAntoine de Saint-Exupéry · 3 Alma · 2022279,8bin okunma
“Kötü bir anıyı unutmanın en iyi yolu güzel bir tanesiyle değişmektir.”
10/10
·160 syf.··
Beğendi
·
2025 12. kitabı
Hərkəsə salammmmmmm.Bu gün Zaman maşını haqqında fikirlərimi bölüşmək üçün barmaqlarım qırılacaqqqq...Nəysə.. ---- Zaman maşını kitabını götürəndə(kitabxanadan) kitabın o qədər də yaxşı olmayacağını düşündüm... Amma fikirlərim məni yanıltdı.Kitab çoox xoşuma gəldi... Oxuya-oxuya fikirləşirdim: Görəsən,gələcək həqiqətən də belə olacaq? ---- Zaman Səyyahı Zaman maşını ixtira edir.Və bunu test etmək istəyir... Gələcəyə gedir... İnsanlar bapbalaca, danışdıqları başqa bir dil... Qaranlıqdan qorxmaq.... Hər şeyi kənara qoyuram... Bu insanlar qaranlıqdan o qədər qorxurlar ki,gecə bütün kənd sarayabənzər yerdə yatır. Və eyni zamanda bu insanların cəsarəti yoxdur. Amma çox səmimidirlər.Bunlar yerüzündə yaşayan insanlar haqqında idi... İndi isə yeraltında... Yeraltında İnsanların qorxunc bir forması var idi... Bayaq danışdığım insanların tam tərsi... Bu insanlar yekəpər və olduqca qorxunc idilər.. İşıqdan qorxurdular..Özüdə dəhşətt.... Adi bir kibritin yanmasını görərkən belə qışqırıqlarla oradan uzaqlaşırdılar... Yeraltındakı bu "insanlar" a morloklar, yerüstündəki insanlara isə eloylar deyirdilər. Zaman Səyyahı geri qayıdanda başına gələnləri dostlarına danışır... Lakin heç kim ona inanmır.O hərşeyi təsdiq etmək üçün yenidən gedir. Amma bir daha geri qayıtmır.... Oxuduğunuz üçün təşəkkürlər... The book is life... Fatimə Təhməzova Nəzirə Həsənzadə
Zaman MaşınıH. G. Wells · Qanun · 201937,1bin okunma
10/10
·160 syf.··
Beğendi
·
2025 8. kitabı
Hamıya salammmm :) --- Bu kitaba heyran qaldım.Çünki möhtəşəmdir.. Yəni tam yaşıma uyğun, özgüvən artıracaq bir kitabdır.Beynimdən keçən bütünnn fikirləri bu kitabda gördüm.Hamısını... Riyaziyyat haqqında fikirlərimi, imtahanlar haqqında düşüncələrimi və sairə və ilaxır... Ən maraqlısı da (spoiler gəlir) müəllif kitabda özü haqqında danışırmış... Kitabın ortasında "BU MƏN İDİM" cümləsini görəndə yerimdə donub qaldım.Bir cümlə məni 5 dəqiqə dondurmaq gücünə malik imiş... Qətiyyən ağlımdan keçməzdi ki, Dünya Tennis Çempionu əvvəllər özgüvənsiz olub... İndi isə bu kitabı yazıb...Həqiqətən də , oxuduğum ən möhtəşəm kitablardan biri idi... Təşəkkürlər... Matthew Syed @Just_Wonder Fatimə Təhməzova _
Edebiyat
Siz MöhtəşəmsinizMatthew Syed · 3 Alma · 026 okunma
10/10
·208 syf.··
2025 15. kitabı
Öncəliklə hamıya salammm.Bu gün Qara Köhlən kitabı haqqında fikirlərimi sizinlə bölüşəcəm. --- Balaca qara at doğulanda çoox xeyirxah sahibinin himayəsi altında idi.... O düşünürdü ki, sahibi onu heç vaxt satmaz.Çünki anası da onunla birlikdə idi... Bir ananı isə övladdan ayırmaq... Nəysə... Müxtəlif hadisələr nəticəsində sahibi onu satır.... Bəzi yerlərdə ona qəddar,bəzi yerlərində isə ona o qədər səmimi davranırlar ki... Onun adı o qədər dəyişir... O qədər dəyişir... Darki bir yerdə.Qara köhlən (ona ən çox yaraşan) bir yerdə... Bir fikirləşin.Bir dostunuzun adı hər gün dəyişilir... Whatsapp'da ad dəyişdirməkdən bezərdik... Məsələdən çıxmayaq.. Atımızın başına gələn hadisələrdən sonra cılız at böyük və güclü bir at olur... Sonunu demiyim.Artıq oxusanız, özünüz görərsiniz :) Oxuduğunuz üçün təşəkkürlər :) The book is life... Fatimə Təhməzova
Edebiyat
Qara köhlənAnna Sewell · 3 alma · 201511,9bin okunma
10/10
·360 syf.··
Beğendi
·
2025 1. kitabı
Kitab fiziki xəstəliyi olan 10 yaşlı Avqust Pullmen haqqındadır. ---- Avqust Pullmen 10 Yaşına qədər məktəbə getməmişdi.Ailələrinində belə bir fikri yox idi.. Lakin bir gün anası ilə rəfiqəsinin söhbətini eşitdi.Anası Avqini(Avqustu) payızda məktəbə yazdırmaq istəyirdi.Lakin Avqi hələ buna hazır deyildi.O, anasının fikrini inkar etdi.Atasıda razı deyildi.Ona görə bu söhbət ləğv olundu... Lakin günlərin birində Avqi onlarla razılaşdı. Onlar Avqini Biçer hazırlıq məktəbinə yazdırdı və Avqinin ilk məktəb günləri başladı... Hər kəs ona baxarkən qorxur,diksinir, Hellouin bayramının gəldiyini düşünürdü. Amma heç kimin hətta Avqinində ağlından keçməzdi ki,bir gün bütün şagirdlərin, valideynlərin və müəllimlərin qarşısında ayaqüstə alqışlanacaq...
Duygu ve Düşünce
MöcüzəR. J. Palacio · 3 alma · 201415,5bin okunma