The.Coupleslibrary

The.Coupleslibrary
@Thecoupleslibrary
Öğretmen
ADU
Baku
Baku
23 okur puanı
Kasım 2018 tarihinde katıldı
Puan vermedi·256 syf.··
2025 8. kitabı
Yevgeni Zamyatin - Biz kitabı Qara dördləmənin ilk kitabıdır. ( Qara dördləmə - Biz, 1984, Cəsur Yeni dünya, Fahrenheit 451) Bu kitabla bu dörd kitabı da bitirmiş oldum. Distopik janrda yazılan ilk roman sayılır. Bu dövlət fərdiliyi və azad fikri sıxışdıran totalitar bir rejimdir. Əsər bizi 26-cı əsrə ~ insanların tək bir dövlətin hakimiyyəti altında yaşadığı, rəqəmlərin və düsturların hakim olduğu cəmiyyətdə fərdlərin duyğu və düşüncələrinin idarə olunduğu gələcəyə aparır. Fərqli ola bilməzsən, yaşadığın evlər belə hərşey görünsün deyə şüşədən hazırlanıb. Yalnız cinsi münasibət zamanı pərdələri çəkə bilirsən. Bunun üçün belə icazə kağızı alınır. İcazəsiz uşaq dünyaya gətirmək qadağandır, yatıb durma saatlarına da Tək Dövlət qərar verir. İnsanların adları yoxdur, hər birinə nömrələr verilir və onlar bir-birilərini bu formada çağırırlar. Bizim kimi normal həyat yaşayan insanlarla aralarında yaşıl divarlar var və bu dünya onlar üçün cəhənnəm kimi bir yerdir. Bütün bunları biz bu Tək dövlətdə yaşayan D-503 adlı bir mühəndisin dəftərinə yazdığı qeydlərdən oxuyuruq. Dövlətə bağlı olan bu mühəndis bir gün I- 330 adlı qadınla tanış olur və ona aşiq olur. I-330 ona azadlıq, yaşıl divarların arxasındakı yaşamdan danışaraq onun öz daxilində kəşf etdiyi yeni bir ruhla savaşmağına səbəb olur… Tövsiyə edirəm, distopiya sevənlərin mütləq oxumalı olduğu kitabdır.
BizYevgeni İvanoviç Zamyatin · İthaki Yayınları · 202011,9bin okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
Puan vermedi
Kitabda hadisələr Güney qışlaqla Quzey qışlaqda cərəyan edir. Uşaq evində böyüyən, elə uşaqlıqdan öz ayaqları üzərində durmağa çalışan, oxuyub gənc aktrisa olan Nuriyyə universiteti bitirdikdən sonra bu kəndə mədəniyyət evində işləmək üçün göndərilir. Elə ora gedərkən yolda illər öncə sevdiyi, birlikdə gələcək xəyalları qurduğu amma birdən-birə yoxa çıxan gənc leytinantı görür və qəlbinin dərinliklərində olan o sevgi atəşi yenidən qıvılcımlanır, amma bu sevinci çox çəkmir, çünki onun evli olduğunu öyrənir və onun qəlbi və ağlı ilə olan mübarizəsi başlayır.. Ah Nuriyyə… Mənim cəfakeş amma bir o qədər də səbirli, talehindən şikayət etməyən Nuriyyəm.. Bu qədər dözümlü,güclü, əxlaqlı, əsl Azərbaycan qadınına xas xüsusiyyətləri özündə cəmləyən qadın obrazını oxumaq çox xoş oldu. Kitabın bir çox yerində və xüsusilə bitirərkən göz yaşlarıma hakim ola bilmədim.. Onun etdiyi fədakarlıqları bəlkə də çox insan etməz. Mənmərkəzli yaşamın üstünlük təşkil etdiyi bu dövrdə bəlkə də kimlərsə kitabı oxuyanda onun axmaq olduğunu düşünə bilər amma sevdiyi insanın xoşbəxtliyi ilə xoşbəxt ola bilən,bir insan ahının necə ağır olduğunu,başqasının bədbəxtliyi üzərində xoşbəxtlik qura bilməyəcəyini anlamaq hər insana xas olan bir xüsusiyyət deyil. Kitabla bağlı ürəyim çox doludur amma çox uzatmaq istəmirəm. Sadəcə hamıya bu kitabı oxumağı şiddətlə tövsiyə edirəm. Ayrıca İlyas Əfəndiyevin qələmi, obrazlar vasitəsilə qurduğu o möhtəşəm ədəbi cümlələri oxuduqca ruhum qidalandı. Bəs siz bu kitabı oxumusuz? Fikirləriniz çox maraqlıdır.
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 20201,308 okunma
Puan vermedi·248 syf.··
2020 222. kitabı
Başımıza gələn bir çox sıxıntının, tərsliklərin, xəstəliklərin və s. Dilimizdən çıxanlarla bir əlaqəsi olduğunu bilirdiz? Bilərək və ya bilməyərək dediyimiz kəlimələrin qəlbimizə, ruhumuza necə təsir etdiyini bilsək, inanin kı çox az danışmağa və danışarkən də çox diqqətli olmağa çalışarıq. Kitabı oxuduqca daha çox düşünməyi və az danışmağı öyrənəcəksiniz. Dil sadəcə dadmaq və ünsiyyət qurmaqdan başqa bir çox başqa məsələlərdə də mühim rol oynayır. Bu həm fəlakətə, həm də qurtuluşa səbəb ola bilər. Düşünürəm ki, dilin təhlükəsini unutmamaq üçün bu kitabı ara sıra açıb təkrar-təkrar oxumaq lazımdır. İmam Gazali bir sözlə möhtəşəm bir əsər yazıb.O, istər öz şərhləri ilə, istərsə də Peyğəmbərimiz (s.ə.s) başda olmaqla bir kamil insanların dil, danışmaq və ya susmaq haqqında fikirlərini ifadə edərək, susmağın nə qədər vacib olduğunu, danışarkən nələrə diqqət etməli olduğunu çox gözəl izah edir. Oxumağınızı tövsiyə edirəm.
Dil Belâsıİmam Gazali · Semerkand Yayınları · 201417bin okunma
Puan vermedi·234 syf.··
2024 7. kitabı
“ Mutlu olduğunu bilmeyen ne kadar mutlu insan var…” Roman, nəql edən şəxsin hərracda iştirak etməsi ilə başlayır. Vərəmdən dünyasını dəyişən Marguerite Gautier’ın evinin əşyaları satışa çıxarılır. O hərracdan bu xanımın bir kitabını alır. Bir müddət sonra kitabın üzərində imzası olan vəkil Armand Duval ilə tanış olur və Armand onunla Marguerite Gautier arasındakı kədərli sevgi hekayəsini danışır. Atası ilə eyni adı daşıyan Aleksandr Dümas Fils bu kitabı öz yaşadığı real hadisələrə əsasən yazıb. Kitabı 3 həftəyə yazıb bitirib, bunun başlıca səbəbi də baş obrazın elə özü olmasıdır. Kitabı sadəcə sevgi romanı olaraq dəyərləndirmirəm, çünki dövrün ictimai həyatı, insanların dəyişməyən qəlibləşmiş düşüncələri, sinfi ayrı-seçkiliklər da açıq şəkildə göstərilib.. Qadının dəyişməyə çalışması, ona vurulan damğadan qurtulmaq istəməsi amma yenə cəmiyyətə məğlub olması çox təsiredici idi. . Bu kitab mənə bir daha xatırlatdı ki, bilmədiyimiz həyatlar haqqında qərəzli fikirlərə sahib olmamalıyıq. İnsanlar fərqli həyatlar yaşayırlar. Bizdən fərqli şərtlər altında yaşadıqları peşədən və həyatdan asılı olmayaraq, başqasına zərər vermədikləri müddətcə mühakimə edilməməlidirlər. Kitabda Sevgi, qısqanclıq, xəyanət, paxıllıq, peşmanlıq nə istəsəniz var… Məncə Armand və Marguerita’nın imkansız sevgisini oxusanız çox bəyənəcəksiniz.
Kamelyalı KadınAlexandre Dumas (fils) · Türkiye İş Bankası Kültür Yayınları · 201924,2bin okunma
Puan vermedi·208 syf.··
2025 6. kitabı
Qarmaqarışıq və Darmadağın Hadisələr məktəbli qızların müəyyən aralıqlarla naməlum şəkildə yoxa çıxması ilə başlayır.Artıq bu məsələ məktəb rəhbərliyinin,müəllimlərin,valideynlərin təşvişə düşməsinə səbəb olur. Əsas obrazımız Murad və dostları başqa məktəb yoldaşlarının da qurban olmasının qarşısını almaq üçün qəhrəmanlıq etməyə çalışıb qızları oğurlayanı tapmaq üçün plan qururlar.Əsas hadisələr də elə bundan sonra başlayır.Onlar bu cinayətkarı tapmaq yolunda nələr yaşayırlar?Bu yolda nələri və kimləri itirirlər? Mən bu kitaba hərşeydən öncə bir pedaqoq olaraq fikir bildirmək istəyirəm. Hal-hazırda məktəbdə yeniyetmələrlə daha çox işlədiyim üçün onların davranışları, dostluq və digər mübasibətlərini kənardan izləmək şansım olur. Onu deyə bilərəm ki, vəziyyət heç də yaxşı deyil,çünki şagirdlər arasında mübahisələr,xüsusilə bulling çox geniş yayılıb və bunun qarşısını almaq üçün təkbaşına savaşmaq çox çətindir.Bu kitabı oxuyarkən bəlkə də kənardan kimsə düşünə bilər ki “Bu ki lap fantastikadır,Bakı məktəblərində belə şeylər olmaz.” Amma mən oxuyarkən işlərin hansı yerdə olduğunu çox yaxşı bildiyim üçün, bəlkə də bu kitabdakı hadisələrin yaşana biləcəyi tarixlərin çox da uzaq olmadığını anladım.Kitabda dostluq, sevgi, sədaqət, xəyanət,qarmaşıq və zəif ailə münasibətləri və s.kimi aktual mövzulara yer verilib.Kitab tərs köşələri ilə,gözlənilməyən hadisələrlə insanı təəccübləndirə bilir və bu da kitabı daha axıcı edib. Təbii ki, yazarın ilk kitabı olduğu üçün sujet xəttində müəyyən qədər boşluqlar var idi, biraz türk sözlərindən çox istifadə olunmuşdu, kitabın nəşriyyatı və keyfiyyətlə bağlı fikir bildirməyəcəm,çünki indi gənc və istedadlı yazarlarımızın kitab çap etdirmək üçün maddi və mənəvi baxımdan necə əziyyət çəkdiyini bilirəm. İkinci kitab da davam kitabıdır və
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024164 okunma