"Mən sizi işıqlı dünyaya çağırıram. Sizi birlikdə, böyük şairin dünyanın kədəri haqqında deyil, onu sevmək barədə yazılmış sevinc dolu mahnını oxumağa çağırıram: gəlin, bu mahnını birlikdə oxuyaq, ey yaradıcılıq sevincinin vurğunları. Sevinci doyunca içib, yanğınızı söndürün! Günəş kimi, həyatı işıqlandırın, onu sevincə qərq edin!"
"Bizdə çox vaxt, gimnaziya şagirdləri imtahanları verib qurtarandan sonra toplaşır və təntənəli şəkildə dərsliklərini yandırırlar. Nə üçün? Bu nə deməkdir? Çünki bizim məktəblərin ruhu ölüb, onlar şagirdlərə canlı düşüncələr yerinə quru və darıxdırıcı məktəb formullarının cansız tozunu verir. Bilik yanğısı oyada, şagirdlərdə elmə maraq yarada bilmir. Onlara elmi anlamaq və dəyərləndirmək qabiliyyəti verə bilmir. "