Toğrul Qaralı

Toğrul Qaralı
@Toghrul_Garali
- Boyun eğmekten daha büyük bir kötü­lüğü var mıdır aklın?
Law /
Naxçıvan Dövlət Universiteti - Hüquqşünaslıq
Sumqayıt
Azərbaycan, 15 Ocak 1999
39 okur puanı
Ocak 2022 tarihinde katıldı
Şu anda okuduğu kitap

Toğrul Qaralı

, bir kitap okudu
Puan vermedi·466 syf.·
10 günde okudu
·
2022 276. kitabı
Heinrich Mann
7.4/10 · 43 okunma
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Münasibətlər müəyyən faktlar əsasında yaranır, dəyişir və xitam olunur. Bu faktlar kifayət qədər geniş diapazona malikdir. Buraya konkret hallardan tutmuş, mücərrəd anlayışlara qədər bir çox kateqoriyalar aiddir. Bəzən bir münasibətin yaranması üçün bir fakt, bəzən bir neçə fakt lazım olur. Bu münasibətlər hansı zaman kəsiyində davam etməsinə görə daimi və müvəqqəti münasibətlərə bölünür. Daimi münasibətlər müxtəlif faktorların təsiri altında dəyişsə də, - başvermə, yaranma faktına görə - öz mahiyyətini itirmir və uzun müddət davam edirlər. Çünki bu münasibətləri yaradan faktlar qısa müddətdə öləzimək və ya aradan qalxmaq imkanına malik olmurlar. Bunlar baza təşkil edən münasibətlərdir. Bunun əksinə, müvəqqəti münasibətlər yalnız konkret məsələlərlə bağlı olur, az müddət içərisində - onu yaradan fakt zəifləyən və aradan qalxan anda xitam olunur. Fakt bitdikdən sonra konkret praktikada yaranan münasibətlər də xitam olunur. Bu münasibətlər heç vaxt daimi olmur. Münasibətlərin daimiliyi üçün fundamental profilli baza və əsas seçmək buna görə vacibdir.
Düşüncə tərzi də indi olduğu kimi heç vaxt belə gözəl tənzimlənməyib. Bəs əməllər? Zəmanəmiz, əziz müasirim, əmələ hazır deyil. Çox şeyi görüb-götürmək üçün öncə yaşamaq lazımdır, əməl isə həyat üçün qorxuludur.
Yaxşı yaşamağa başladıq. Nə üçün? Çünki əzazil və namussuz oldum. Bilirəm, Veroçka, sizin kitablarda yazılıb ki, yalnız namussuzlar və əzazil adamlar bu dünyada yaxşı yaşaya bilirlər. Bu isə düz sözdür, Veroçka.