Qəribədir ki, gün ərzində təkliyimi heç hiss etdirmirəm. İnsanlara qaynayıb-qarışıram. Onlarla deyirəm, gülürəm, əylənirəm. Ancaq evə qayıdıb başımı yastığa qoyduğum anda içimi qəribə hisslər bürüyür. Məhz o zaman yalnız olduğumu anlayıram. Ondan daha pisi yalnız olduğumu anladığım halda belə heç kimi həyatımda istəmirəm. Dərdimin dərmanını bilib, əlimlə itələmək kimi bir şeydir.
🪽~ _Qanadsız Mələk_ ~🪽
Kitabı bitirdim istədim haqqında nəsə yazım. (Spoiler ola bilər)
Kitabın çox maraqlı süjet xətti var idi. Hadisələr öz axarı ilə o qədər maraqlı irəliləyirdiki, kitabdan ayrılmaq istəmirdim. Hətta tez bitməsin deyə oxumaq üçün günü günə satırdım.
Əvvəlcə onu deyim ki, sonluğunun bu cür bitməsini heç istəməzdim. Mələyin düşüncələrinə haqq qazandırmıram. Atdığı hər addımını düşünmədən edən bir obrazdır. Ancaq güclü qızdır. Ayxan obrazı çox qorxaq, hisslərini bəlli edən ancaq boynuna almayan, gələcəyi düşünən anı dəyərləndirən biridir. Xoşbəxt olmağa layiqdirmi? Layiqdir məncə. Bu hekayədə sevmədiyim biri var idisə də o Leyla idi. Dostluğun nə olduğunu bilməyən, ən yaxınlarını başa düşmədən, anlamadan silmək onun üçün çox asanddır. Həyatda da bu tip insanlar çoxdur. Və nəhayət Murad obrazı.. Bütün gəncliyini bir qız dostunun yaxşılığı üçün fəda edən Murad. Hər addımında yanında Mələyin olmasını istəyən Murad. “Kefin olmayanda mənim yanıma gəlmə, çünki sən pis olanda mən yaxşı ola bilmirəm ”- deyən Murad…
Bəzən həyatla olan mübarizəmizdə özümüzə məğlub ola bilərik. Bəzən doğru düşünüb qərar verməyə bilərik. Bəzənsə hər şeyi bilə-bilə edərik. Ən əsası içimizdə böyütməyə çalışdığımız fidanı cücərtdikdən sonra ağaca çevirməyimizdir. Problemlərimizdə belədir böyüyür, böyüyür və hündür enli bir ağac olur. O problemi kökündən həll etməyincəyə qədərdə insanların üstünə kölgə salmağa davam edir.. #k:342869aysel Aysel Şıxlı