Trkn4m

Trkn4m
@Trkn4m
Telaş etme, kalıcı değiliz..
20 Yaşıma Mektup
10/10
·332 syf.··
Beğendi
·
2025 23. kitabı
·
70 günde okudu
·
Okunma: 24 Kasım 2025 15:36
Çox gözəl kitabdır. Kitabda fərqli peşə sahibi olan insanların xüsusən də yazarların 20 yaşlarına yazdığı məktublar yer alır. Hər məktubda bir həyat, bir xatirə, bir peşmanlıq, sevinc var. Hər insanın məktubunda insan özünü tapır
20 Yaşıma Mektup
20 Yaşıma Mektup
Edebiyat & Roman
20 Yaşıma MektupKolektif · Doğan Kitap · 20191,631 okunma
Edebiyatın En Tatlı Eşleşmeleri!
Peki ya sizin favori kitabınız hangi tatlı olurdu?
7/10
·196 syf.··
Beğendi
·
2025 14. kitabı
·
17 günde okudu
·
Okunma: 20 Ağustos 2025 16:41
Cek Londonun Martin İden əsərindən sonra sevdiyim əsəri sırasında oldu bu kitab. Ağ Dişin başına gələn hadisələr çox gözəl təsvir olunmuşdu. O sahiblərinə Allah kimi baxırdı, daim onların əmrlərinə tabe olurdu. Bir çox işgəncələrə, döyüşlərə tuş gəlməsinə baxmayaraq həyatda qalmağı bacarırdı. “Misilsiz canavar” ləqəbini sona qədər haqq edirdi..
Ağ Diş
Ağ Diş
Jack London
Jack London
Ağ DişJack London · Qanun Nəşriyyatı · 202095,4bin okunma
7/10
·168 syf.··
Beğendi
·
2025 13. kitabı
·
14 günde okudu
·
Okunma: 27 Temmuz 2025 22:28
Səbahəddin Əlinin bir çox əsərlərini oxumuşam. Çox gözəl qələmi var. Dəyirman kitabında onun seçmə hekayələri yer alır. 3 hissədən ibarət olan kitabda hər hissədə müxtəlif hekayələr var. Hər birinin fərqli ssenari xətti var. Özündə xoş mülayim və maraqlı əhvalatı birləşdirir. Mən çox bəyəndim. Həyatdan dərs çıxartmaq üçün əla kitabdır..
Dəyirman
Dəyirman
Sabahattin Ali
Sabahattin Ali
Düşünce
DəyirmanSabahattin Ali · Qanun Nəşriyyatı · 202255,7bin okunma
9/10
·372 syf.··
Beğendi
·
2024 17. kitabı
🪽~ _Qanadsız Mələk_ ~🪽 Kitabı bitirdim istədim haqqında nəsə yazım. (Spoiler ola bilər) Kitabın çox maraqlı süjet xətti var idi. Hadisələr öz axarı ilə o qədər maraqlı irəliləyirdiki, kitabdan ayrılmaq istəmirdim. Hətta tez bitməsin deyə oxumaq üçün günü günə satırdım. Əvvəlcə onu deyim ki, sonluğunun bu cür bitməsini heç istəməzdim. Mələyin düşüncələrinə haqq qazandırmıram. Atdığı hər addımını düşünmədən edən bir obrazdır. Ancaq güclü qızdır. Ayxan obrazı çox qorxaq, hisslərini bəlli edən ancaq boynuna almayan, gələcəyi düşünən anı dəyərləndirən biridir. Xoşbəxt olmağa layiqdirmi? Layiqdir məncə. Bu hekayədə sevmədiyim biri var idisə də o Leyla idi. Dostluğun nə olduğunu bilməyən, ən yaxınlarını başa düşmədən, anlamadan silmək onun üçün çox asanddır. Həyatda da bu tip insanlar çoxdur. Və nəhayət Murad obrazı.. Bütün gəncliyini bir qız dostunun yaxşılığı üçün fəda edən Murad. Hər addımında yanında Mələyin olmasını istəyən Murad. “Kefin olmayanda mənim yanıma gəlmə, çünki sən pis olanda mən yaxşı ola bilmirəm ”- deyən Murad… Bəzən həyatla olan mübarizəmizdə özümüzə məğlub ola bilərik. Bəzən doğru düşünüb qərar verməyə bilərik. Bəzənsə hər şeyi bilə-bilə edərik. Ən əsası içimizdə böyütməyə çalışdığımız fidanı cücərtdikdən sonra ağaca çevirməyimizdir. Problemlərimizdə belədir böyüyür, böyüyür və hündür enli bir ağac olur. O problemi kökündən həll etməyincəyə qədərdə insanların üstünə kölgə salmağa davam edir..
Qanadsız Mələk
Qanadsız Mələk
aysel
Aysel Şıxlı
Aysel Şıxlı
Hisler
Qanadsız MələkAysel Şıxlı · Teas Press · 0407 okunma
Qaranlığı lənətlələmək əvəzinə bir şam yandır!
9/10
·224 syf.··
Beğendi
·
2024 14. kitabı
·
5 günde okudu
·
Okunma: 08 Temmuz 2024 22:02
Yerli yazarların kitablarını oxumaq təbiiki vacibdir, həm mentalitetimizi öyrənirik, həm də Azərbaycan dilində bilmədiyimiz, unutduğumuz sözləri öyrənir, şəxsi lüğətimizi və danışıq qabiliyyətimizi zənginləşdiririk. Varis Yolçuyev yaradıcılığının ilk kitabı idi ki, oxuyurdum, bu kitab müxtəlif dövrlərdə sevib, ailələrinin razılığını ala bilməyib ayrılan gənclərdən bəhs olunsa da, əsas diqqət Ayla ilə İsmayılın üzərindədir. Varlı ailədən olan Ayla, imkanı ondan aşağı olan şair ruhlu İsmayılı sevir. Kitab demək olar ki, valideynlər üçün yazılıb. Sevginin günah olmadığını, sevənlərin qovuşmalı olduğunu yazıçı diqqət mərkəzinə çatdırmaq istəsə də, hər birimiz bilirik ki, 10 valideyndən 1 dənəsi kitab oxuyur. Kitab demək olar ki, bu fikir üzərində qurulub "Valideynlər, əgər sevənlərin qovuşmağına icazə verməsəniz onlar sevgiləri uğrunda ölümə gedərlər".Kitabları ancaq gənclər oxuduğu üçün, bu kitabın gənclərə,əsasən də yeniyetmələrə mənfi örnək olduğunu deyə bilərəm. Yeniyetmə sevginin nə olduğunu da bilmir təbiiki. Yeniyetmələrin oxumasının məsləhət olmadığını, yetkin gənclərin oxumağının məsləhət olduğu bir kitabdır. “Sevgiyə görə ölümə gedərəm yox, mübarizə apararam. Sevgi öldürməz yaşadar, dağıdıb məhv etməz, yenidən qurub gözəlləşdirirər”- kitabın əsas devizidir. Həmçinin, kitabda müxtəlif mənbələrdən istifadə olunan sevgiyə aid məsləhətlər, hikmətli sözlər də yer almaqdadır.
Uzaqdan Gələn Yağış
Uzaqdan Gələn Yağış
Varis
Varis
Aşk
Uzaqdan Gələn YağışVaris · Teas Press Neşriyat · 2018493 okunma