Bir siyasətçinin qarşısındakiləri şirnikləndirməsi və arzulanan görünməsi üçün bu sahədə də təzadların istifadəsi çox yararlıdır.Rəqiblərimizin sahib olmadığı keyfiyyətlərinizi önə çıxarmasını öyrənin.XVIII əsrdə rus çarı II. Pyotr son dərəcə təkəbbürlü və məsuliyyətsiz bir insan olduğundan, onun həyat yoldaşı Böyük Yekaterina onun təvazökar və etibarlı olduğunu göstərmək üçün əlindən gələni etdi. Çar II Nikolay 1917-ci ildə taxtdan salındıqdan sonra Rusiyaya qayıdan Vladimir Lenin o dövrdə heç bir liderdə olmayan nizam-intizam və qətiyyətə malik olduğunu göstərdi. 1980-ci il Amerika prezident seçkilərində Cimmi Karterin qətiyyətsizliyi Ronald Reyqanın qətiyyətliliyini arzuolunan etdi. Təzadlar sizin sözlərinizə və ya reklamınıza əsaslanmadığı üçün son dərəcə cazibədardırlar. İnsanlar şüuraltı olaraq bunları oxuyur və nə görmək istədiklərini görürlər.
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯
Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Simvol: Hörümçək toru.Hörümçək torunu hörə bilmək üçün toqquşmayan bir künc tapır.Torun hörülməsi nə qədər uzun davam edərsə,tor o qədər əla olur,amma bu ipəkvari ipliklər az daha görünməyəcək qədər incə ollduğuna görə,çox az insan bunun fərqinə varar.Hörümçək yemək tapmaq üçün ov ardınca qaçmağa,hətta tərpənməyinə belə ehtiyac yoxdur.Küncündə sakitcə oturur və qurbanlarının öz iradələri ilə gəlib torun ipliklərinə sıxışmaqlarını gözləyər.
Freudun qadınların nə istədiyi mövzusunda düşündüyü bilinir; psixologiya mütəfəkkirlərinin ən anlayışlısı üçün belə qarşı cins bütünü ilə yad sayılırdı.
Bir şirnikləndirici olaraq insanları istədiyiniz istiqamətdə hərəkət etdirmək bacarığına sahib olmalısınız. Amma bu oyun təhlükəlidir; Sizin təsiriniz altında hərəkət etdiklərindən şübhələndikləri anda küsməyə başlayırlar. Başqasının istəklərinə boyun əydiyimizi hiss etmək istəmirik. Qurbanlarınız bunu hiss etdikdə, gec-tez sizə qarşı çıxacaqlar. Qarşı tərəfin fərqində olmadan arzularınızı yerinə yetirməyə məcbur etsəniz nə olar? Nəzarətin özlərinin əllərində olduğunu düşünsələr, onda necə? Bu, dolayı yolla hərəkət etmək gücüdür və bu üsuldan başqa heç bir şirnikləndirici qarşı tərəfi valeh edə bilməz.