Tural Nağızadə

Şirnikləndiricilərin qurbanları: 18 növ
Ətrafınızdakı bütün insanlar şirnikləndirmənin potensial qurbanlarıdır,amma hansı qurbanla maraqlanmaqda olduğunuzu bilməyiniz lazımdır.Qurbanlar həyatlarında yoxsulluğunu çəktikləri macəra,maraq,romantizm,dəcəllik dolu bir eksperiment,zehni və fiziki instink kimi duyğulara görə təsnif edirlər.Bir qurbanın hansı sinfə aid olduğunu anladığınızda,şirnikləndirmə fenomeni üçün lazımlı vasitələrə sahib olursunuz: Özlərində əskik olanları və təkbaşına əldə edə bilməyəcəklərini onlara verəcəksiniz.Potensial qurbanları analiz edərkən,görünüşlərinin ardındaki həqiqətləri görməyi öyrənin.Utancaq bir insan yalnız rolunu oynamaq,həddən artıq fəzilətli biri isə içində günah olan bir həyəcan yaşamaq istəyə bilər.Heç vaxt öz tipinizdəkiləri şirnikləndirməyə çalışmayın.
Sayfa 251 - Altın Kitaplar·Kitabı okudu
“Yeterince kitabın var” diyenlere cevabımız hazır.
Boğucu (İtələyicilərin bir növü)
Daha siz onların var olduğunu belə fərqinə varmadan Boğucular sizə aşiq olacaqdır.Bu aldadıcıdır - sizi qarşı qoyula bilməz olaraq gördüklərini düşünürsünüz,amma əslində mənliklərində heç vaxt doldura bilmədikləri bir boşluq,dərin bir quyu vardır.Heç vaxt Boğucularla bir münasibətə girməyin; travma keçirməmiş əllərindən qurtula bilməyinizin demək olar ki ehtimalı yoxdur.Geriyə çəkilmək lazım olduğunuzu hiss etdikdə sizə çox sıx bağlanırlar və geri çəkildiyiniz zamanda sizi günahkarlıq duyğusuna çəkərlər.Sevdiyimiz insanları izzətləndiririk,amma eşqin inkişafı zamana ehtiyac vardır.Sizə nə qədər tez heyran qaldıqlarını görərək Boğucuları tanımağı öyrənin.Heyran olunmaq eqonuzu yüksəldəcəkdir,amma sizə bəslədiyi şiddətli duyğuları sizin etdiyiniz hərhansı bir şeylə əlaqəli olmadığını sezəcəksiniz.Bu instiklərinizə güvənin.
Sayfa 232 - Altın Kitaplar·Kitabı okudu
Alıntı
İtələyicilər itələyir,elə isə itələnin
Asan kimi görünür əslində: İtələyicilər insanı itələyər,elə isə itələnin,onlardan uzaq durun.Təəssüf ki İtələyicilərin çoxunu ilk baxışda tanımaq asan deyildir.Özlərini bəlli etməzlər və çox diqqətli davranmadığınız təqdirdə,son dərəcə kədərli bir münasibət içinə çəkə bilərlər.Özgüvənsizliklərinin və özlərinə meyillilərinin bəzi ipuclarını axtara bilərsiniz: bəlkə xəsislik edirlər,bəlkə qeyri-adi bir inadla münaqişələrini sürdürürdülər,ya da həddən artıq qərəzlidirlər.Bəlkə haqqınızda heç nə bilmədən öncə sizə layiq olmadığınız tərifləri yağdırıb eşqlərini elan edirlər.Sizi fərqli hala gətirən detalları görə bilmədikləri üçün,özəl bir maraqla sizi təəccübləndirməzlər.
Sayfa 230 - Altın Kitaplar·Kitabı okudu
Alıntı
İtələyicilər
Şirnikləndiricilər sizə yönləndirdikləri fokuslanmış,şəxsiləşdirilmiş maraqları ilə sizi özlərinə çəkərlər.İtələyicilər isə tam tərsidir: özgüvənsiz,içinə qapanıq,başqalarının psixologiyasını anlamayan,insanları özlərindən uzaqlaşdıran tiplərdir.Öz-fərqindəlikləri olmadığından,insanları bezdirdiklərini,hökm etməyə çalışdıqlarını,çox danışdıqlarını bilməzlər.Şirnikləndirmənin həzz vəədlərini yaratma incələyi baxımından kasıbdırlar.Mənliyinizdəki itələyici keyfiyyətlərinizdən uzaqlaşın və başqalarındakı bənzər keyfiyyətləri tanımağı öyrənin - itələyicilərə maraq göstərmənin nə həzzi,nə də qazancı vardır.
Sayfa 229 - Altın Kitaplar·Kitabı okudu
Alıntı
Xarizmatik
Xarizma,bizləri həyacanlandıran birinin varlığıdır.Çox insanın arzuladığı amma sahib olmadığı özgüvən,seksual enerji, məqsədlilik və məmnuniyyət duyğularından qaynaqlanır.Bu keyfiyyətlər özünü göstərib,Xarizmatik insanın davranışlarına əks edir və onun qeyri-adi və üstün görünməsini təmin edir.Bizlər onları gördüklərimizin xaricində az qala bir tanrı, bir əziz ya da bir ulduz olaraq düşünürük.Xarizmatiklər deşici baxışlar,alovlu söhbətlər və sirli hava ilə bu vəziyyəti daha da artırmağı bilirlər.Şirnikləndirmə fenomenlərinin həcmi çox böyük olur.Xarizmatik görünüşü yaratmaq üçün,insanlardan uzaq durarkən duyğusal yaxınlığı təqdim etməyi öyrənin.
Sayfa 172 - Altın Kitaplar·Kitabı okudu