Uşaqlıq dövrü hamımızın hər zaman şüurlu ya da şüursuzca yenidən yaratmaya çalışdığı qızıl cənnətdir.Təbii olanlar,uşaqlığın dürüstlük,sadəlik,öz-özünə yaranan kimi həsrət edilən keyfiyyətləri əhatə edər.Təbii insanların yanında özümüzü rahat hiss edirik,şən tərəflərinin təsirinə düşürük,qızıl dövrünə geri dönürük.Eyni zamanda təbii olanlar,zəifliklərini fəzilətə çevirir,başlarına gələnlərdən ötrü simpatiamızı qazanırlar,qoruma və kömək etmə istəyimizi oyandırırlar.Uşaqlarda olduğu kimi,bunların çoxusu təbiidir,amma bir qismi də şirniklindiricilik müddətinin şüurlu bir manevri olaraq şişirdilmişdir.İnsanların özünümüdafiə davranışlarını zərərsizləşdirmək və onlara canlılıq,şən əhval-ruhiyyə qata bilmək üçün Təbii insanların davranışlarını təqdim edin.