Seksual Dəniz Pərisinin qəfil və dərin təsiri görkəmli Dəniz Pərisindən daha çoxdur.Seksuallıq və arzu öz-özünə forma aldığından,yad duyğulara ünvanlamaq üçün səy göstərməsinə ya da teatr görüntüsünə sahib olmasına gərək yoxdur.Zamanını heç vaxt çalışaraq xərcləmir kimidir: sanki təkcə həzz üçün yaradılmışdır və əlçatandır.Seksual Dəniz Pərisini saray fahişələrindən ya da həyat qadınlarından ayıran nöqtə,məsumiyyəti və qırılğanlığıdır.Bu qarışıqlıq qəribə bir formada doyurucudur: kişilərə bir ata fiquru kimi qoruyucu olma illuziyasını verir,amma əslində ipləri əlində tutan Seksual Dəniz Pərisidir.
Qurbanlarının (kişilərin) diqqətini cəlb etdikdən sonra, onları yumşaq bir şəkildə siyasət və müharibənin kişi dünyasından, qadın həzz, həyəcan və dəbdəbə dünyasına aparardılar. Bəzən onlar Kleopatra Yuli Sezarı Nil çayında gəzintiyə apardığı kimi, tamam başqa səyahətə çıxarırdılar. Kişilər bu ləzzətlərə qapılıb aşiq olardılar. Və sonra qadınlar soyuq və həssas davranaraq qurbanlarını çaşdırırdılar. Kişilər daha çox şey istəyəndə, onlara təklif olunan ləzzətlərin əlindən alındığını görürdülər. Onlar indiyə qədər daddıqları hər şeyin arxasınca qaçmağa başlayacaqdılar və bu müddətdə zəifləyəcək və duyğularına yenik düşəcəkdilər. Kral David, Troya Parisi,Yuli Sezar, Markus Antonius, Kral Fu Chai kimi hər cür fiziki və sosial gücə malik kişilər qadının köləsi olduqlarının fərqinə varırdılar.
N@rkotik və alkoqol istifadəsi ilə bağlı nəticələrə aşağıdakılar daxildir:
•bulanıq bir formada danışmaq
•çox sürətli danışmaq
•Uyğun olmayan, şişirdilmiş hərəkətlər (çox yaxın və ya səmimi, çox səsküylü, çox sakit)
•qırmızı gözlər
•qismən qapalı gözlər
•gözlər altındakı torbalar (şişlər)
•Əhval dəyişikliyində sürətli baş verən keçidlər (canlı/depressiv davranış)
•Utancaqlıqdan qurtulmaq
•Titrəmək
•Dəyirmi, qırmızı burun
•Qoxu
•Xarici görünüş və davranışlarda təzadlıqların olması,xüsusilə gözə çarpan dəyişiklərin baş verməsi
•gigiyenaya diqqət etməməsi
•Normal sosial fəaliyyətlərdən imtina etmək
•İri gövdə,nazik ayaqlar və ya arıq insanda qarın (hər iki bədən növü alkoqoliklər üçün xarakterikdir)