-Deyir ki, müharibədir. Müharibədə abır-həya olmur.
-Ona de ki, o, haqlı deyil. Müharibə adamın ləyaqətini yox eləmir. Əksinə, müharibə vaxtı ləyaqətə dinc vaxtdan daha çox ehtiyac var.
Atəş açıldı:
Bitdi, deməli. Mənim 18 yaşım var və mən tək qalmışam. Heç kimim qalmayıb. Baba ölüb və mən onu basdırmalıyam. Onu harda basdırıb, sonra hara gedəcəkdim?