– Yəni sən anlamadın?
– Yox!
– İndiyə kimi onların evində balaca bir kitabxana görmüsən, ya əlində hansısa bir kitab görmüsən? Bir elmi, mədəni, ya incəsənət əsərlərindən danışdıqlarını görmüsən? Mənə de görüm, indiyə kimi nədən oxuduqlarından, əqidəsindən, dünyaya baxışından sənə nəsə danışıb? Oğul sən yaradıcı adamsan. O sənə uyğun deyil. Sizin on il sonra danışmağa sözünüz olmayacaq.
İzdivacın mənası; əslində birgə hərəkət etmək, bir-birini anlamaq, bərabər hüquqa malik olmaqdı. Həyat yoldaşının vəzifəsi bu deyil ki, sənin işinə mane olsun. Əksinə o, sənin arxanda dayanmalıdır.