Umghvaa

Umghvaa
#18 Gogolun paltosunun altında saklanan birer Kappayım. Instagram: umghvaaaa
Bank işi
ASEC 1/2
Mars
Venüs, 5 Mayıs 2007
239 okur puanı
Temmuz 2022 tarihinde katıldı
Bu dövrü göstərən ən net cümlə.
Kimsə kimsəyə etibar eləmir, hamı hər an qarşısındakından alçaqlıq gözləyir.
“Kötü bir anıyı unutmanın en iyi yolu güzel bir tanesiyle değişmektir.”
Bununla belə, qatilliyə alışmaq çətindi. Evdə durammıram, küçəyə çıxıram, küçədə durammıram, o birinə gedirəm, sonra o küçədən sonrakına gedirəm, insanların üzlərinə baxdıqca görürəm ki, əllərinə hələ cinayət işlətmək fürsəti keçirmədiklərinə görə adamların çoxu özünü günahsız hesab eləyir. Bu kiçik tale və qədər məsələsi üzündən adamların çoxunun məndən daha əxlaqlı, daha yaxşı olduğuna inanmaq çətindi. Olsa olsa, hələ cinayət işlətmədikləri üçün bir az hələ sadəlövh görkəmli olur, bütün səfehlər kimi yaxşı niyyətli görünürlər. Gözündə zəka işıltısı, üzündə ruhundan boy verən kölgə gördüyüm hər kəsin gizli qatil olduğunu başa düsmək üçün o yazığı öldürəndən sonra istanbul küçələrində dörd gün gəzməyim mənə bəs elədi. Təkcə səfehlər günahsızdılar.
həmin Nüsrət: «itdi, indi də mənə və dinimizə küfr eləyir», – deyirmiş». İcazənizlə o vaiz əfəndinin son sözünə cavab vermək istəyirəm. Hacı-xoca-vaiz-imam dəstəsinin biz itləri heç sevməməsi, əlbəttə, məlumunuzdu. Mənə qalsa, məsələ – Həzrəti Məhəmmədin üstündə yatmış bir pişiyi oyatmamaq üçün ətəyini kəsməsiylə bağlıdı. Pişiyə göstərilən bu nəzakətin bizə göstərilmədiyi xatırlanıb, nankor olduğunu ən səfeh adam oğlunun belə bildiyi həmin məxluqla əzəli davamız üzündən «Rəsulullahın itlərlə düşmənçiliyi vardı» demək tələb olunur. «Abdəsti pozar» deyə camelərə buraxılmamağımız, yüz illərdir came həyətlərində təəssübkeşlərin sırıqlı süpürgələrindən yediyimiz zərbələr pis niyyətlərlə yaradılmış bu yanlış təfsirin nəticəsidir.
Mən itəm, siz də mənim qədər mağıl varlıqlar olmadığınıza görə: «Heç it də danışarmı?» – deyirsiniz. Amma o biri yandan özünüzü ölülərin danışdığı, qəhrəmanların onlara naməlum sözləri söylədikləri barədə hekayəyə inandırırsınız. İtlər danışır, amma dinləməyi bacarana
Küçələrmi daralmışdı, yoxsa mənəmi elə gəlirdi?