Axı Miss Börk niyə pişiyə məndən daha çox mehribanlıq göstərir? O bu fikri heç cür başından çıxara bilmirdi. Gözlərini qırpa-qırpa göy üzünə baxdı. Axı Miss Börk niyə elə fikirləşir ki, ayaqları qısa olanın ağlı da zəif olur.
Nils biləndə ki, onu da Kulaberqə aparacaqlar və leylək özü onu aparmaq istəyir, o, öz başındandan da yuxarı tullanmağa hazır idi. Bu bəlkə də çox hündür deyildi, amma hələ bir adam öz başından yuxarı tullana bilməyib.