Vüsal İsmayılşah

Vüsal İsmayılşah
@V_Ismayilshah
Şair-Yazar
Naxçıvan
8 Nisan 1988
4 okur puanı
Ağustos 2025 tarihinde katıldı
Bəsdi
Demirəm, – dar gündə dadıma yetiş, Ölmüşəm, qalmışam, yoxlasan, bəsdi. Əlindən gəlmirsə, sevmə, eybi yox, Bir hörmət – bir xətir saxlasan, bəsdi. Mənə neyləyəcək bu şaxta, ayaz? Mən ki heç ummadım səndən bahar, yaz. Bilirəm, hər gecə imkanın olmaz, Bir gecə sinəmdə yuxlasan bəsdi. Xəbər al Şairi, yoxla arada, Bir hörmət – bir xətir saxla arada. Demirəm, – mənimlə ağla arada, Öləndə bir dəfə ağlasan, bəsdi. 13.06.2026
Edebiyat
Etimoloji Defteri
Mücellit Nedir ?
Hər kəsin istədiyini almaq qabiliyyəti vardır. Önəmi olan istədiyini kiminsə ahını almadan ala bilməkdir.
Hayata Dair
Zirvəsinə
Qalxdı eşqinlə könül Şəms ilə Ay zirvəsinə, Bir uçuq daxma ikən misli-saray zirvəsinə. Bir gücün varmı məgər hansısa fövqəlbəşəri? Necə könlümdə ucaldın adonay* zirvəsinə? Həsrətindən sinəmin gəl ucalan dağına sən, Elə bir gülüşünlə min gülü pay zirvəsinə. Gəl o yerdən göyə qalxmış sinəmin dağını gör, De ki, varmı bu dağın dünyada tay zirvəsinə? Sinəmdə səndən olan dağ da belə xoşdu mənə, Gəl əziz qədəminlə ətrini yay zirvəsinə, Nəbadə, bəd xəbərin çatsa Bisutində mənə, Dağı yerlə bir edər, salsam haray zirvəsinə. Sən şeir tanrıçası, mənsə Musa peyğəmbər, Qəbul et Vüsalı hüzrunda Sinay* zirvəsinə. *Adonay – Rəbb (ibranicə) *Sinay – Sinay dağı (Musa Peyğəmbərin Tanrı ilə danışdığı dağ)
Çən çəkilmədən
Neynirəm doğsan il yaşayım ölüm? Ölüm, öləcəksəm, diş tökülmədən. Özüm öz yükümü daşıyım ölüm Əl-ayaq əsmədən, bel bükülmədən. Çəkmişəm dünyanın ağır yükünü, Həm vicdan yükünü, abır yükünü. Yükləyib üstümə qəbir yükünü Üstümə bir qəbir, daş dikilmədən. Bir gecə doyunca yuxu yatmadım, Gündüzü gecəyə yatıb qatmadım. Bir gecə yatıb da sübhə çatmadım, Oyandım hər səhər dan sökülmədən. Yatdım qaranlıqdı, durdum qaranlıq, Getdi bu minvalla gənclik, cavanlıq. Rahatlıq görəydim bir gün, bir anlıq Kəfən biçilmədən, ağ tikilmədən. Şair, əl üzsən də cavanlığından, Yaymısan dünyaya insanlığından. Qorxma gecələrin qaranlığından, Qurdlar ova çıxar çən çəkilmədən.
Epistemik ziddiyyətlər adətən tərəflərdən birinin savadsızlığı nəticəsində yaranır. Ya birinci tərəfin fikri izah etməkdə savadı çatmır, ya ikinci tərəfin başa düşməkdə.