Demirəm, – dar gündə dadıma yetiş,
Ölmüşəm, qalmışam, yoxlasan, bəsdi.
Əlindən gəlmirsə, sevmə, eybi yox,
Bir hörmət – bir xətir saxlasan, bəsdi.
Mənə neyləyəcək bu şaxta, ayaz?
Mən ki heç ummadım səndən bahar, yaz.
Bilirəm, hər gecə imkanın olmaz,
Bir gecə sinəmdə yuxlasan bəsdi.
Xəbər al Şairi, yoxla arada,
Bir hörmət – bir xətir saxla arada.
Demirəm, – mənimlə ağla arada,
Öləndə bir dəfə ağlasan, bəsdi.
13.06.2026