Vəfa Hafiz

Vəfa Hafiz
@VafaPirMurad
•Ədəbiyyat vurğunu...🩷 V.H Xəyyam da məndədir, Hafiz də məndə, Vaqif sevgisiyəm, Sabir səsiyəm! Xəlil Rza Ulutürk
SDU, Filologiya.
Quba
Azərbaycan, Quba, 26 Kasım
2811 okur puanı
Eylül 2019 tarihinde katıldı
Atamın kitabı♡
9/10
·329 syf.··
Beğendi
·
2026 91. kitabı
·
3 günde okudu
·
Okunma: 12 Nisan 2026 17:44
Kitab haqqında yazmazdan əvvəl onun mənim həyatımda tutduğu yerdən qısaca bəhs etmək istəyirəm. Bu kitab mənim uşaqlığımdır. Ona görə yox ki, onu uşaq vaxtı oxumuşam; ona görə ki, həyata gözümü açandan, ağlım kəsəndən bəri bu kitabı evimizdə, atamın kitab-dəftərləri arasında görmüşəm. Hətta kiril əlifbası ilə oxumağı altı yaşımda məhz bu kitabın üzərində öyrənmişəm. Əlbəttə, o zamanlar kitabı tam oxuya bilməzdim... İllər keçdi. Qarşıma çox kitablar çıxdı, çox kitablar oxudum. Amma bu kitab ağlımın bir küncündə - atamın ən sevdiyi kitablardan biri, evimizin bir üzvü kimi - yerini qoruyub saxladı. Və vaxt gəldi, özüm də bu kitabı oxudum... “Ömürlük cəza” Vidadi Babanlının 1996-cı ildə tamamladığı iki hissəli romandır. Əsərin mövzusunda ilk diqqət çəkən məqam Mürvət və İnci müəllimin nakam ilk məhəbbətidir. Lakin müəllif yalnız ilk məhəbbət hekayəsi ilə kifayətlənmir. O, bu sevgi xəttinin fonunda və bir neçə fərqli obrazın timsalında dövrün yüksək vəzifəli şəxslərinin qaniçənliyini, səlahiyyətlərindən istifadə edərək insanların həyatını məhv edən harınlamış məmurları tənqid edir və bunu məharətlə açıb göstərir. Mürvətin ilk məhəbbətinin nakam sonlanması da məhz vəzifəli şəxs Qeysərlinin ona tutduğu divanın nəticəsi idi - “Ömürlük cəza”... “Köhnəlməyən, odu heç vaxt sönməyən yalnız ilk məhəbbətdir...”
Edebiyat
Ömürlük CəzaVidadi Babanlı · Boz Oğuz Nəşriyyatı · 19984 okunma
Reklam
8/10
·292 syf.··
Beğendi
·
2026 34. kitabı
·
3 günde okudu
·
Okunma: 10 Şubat 2026 14:29
İlqar Fəhmi bu kitabında Bakı tarixinə dair şəxsi təsəvvürlərini, uşaqlıq xatirələrini və bəzi tarixi faktları (bir qədər dəyişərək:) fraqmentlər şəklində təqdim edir. Onun “xəyal arabası”na minib “köhnə Bakı”ya səyahət etmək və Bakı tarixinə Fəhmi baxışı ilə nəzər salmaq olduqca maraqlı idi. Xatirələrindən yola çıxaraq babasının şirin Bakı ləhcəsi ilə danışdığı maraqlı söhbətləri xatırlatmasını isə xüsusilə çox sevdim. Müəllif bu səhnələri elə təsvir edir ki, sanki baba ilə həmin tut ağacının altında oturub söhbətini dinləyirmiş kimi hiss edirsən. Bundan əlavə, müəllif bəzi yerlərdə öz qəzəllərini mətnə daxil edərək əsərin ruhuna xüsusi bir gözəllik qatmışdır.
Edebiyat
Bakı Tarixindən Kollajİlqar Fəhmi · Qanun Nəşriyyatı · 201014 okunma
9/10
·144 syf.··
Beğendi
·
2026 29. kitabı
·
15 saatte okudu
·
Okunma: 04 Şubat 2026 20:57
XX əsr Skandinaviya ədəbiyyatı mənim üçün xüsusi maraq doğuran bir dövrdür. Bu dövrün ən mühüm ədəbi xüsusiyyətlərindən biri az sözlə böyük məna ifadə etmək və yazılmayanları oxucuya hiss etdirməkdir(elə bu səbəbdən Skandinaviya ədəbiyyatının bir çox nümayəndəsi Nobel mükafatına layiq görülmüşdür). XX əsr Skandinaviya ədəbiyyatının ən görkəmli simalarından biri müasir realist dramaturgiyanın atası sayılan norveçli dramaturq Henrix İbsendir. Onun yaradıcılığında qadın hüquqları, qadının cəmiyyətdəki yeri və rolu xüsusi yer tutur. İbsen pyeslərində bu mövzuları dərin psixoloji qatlarla, realist üslubda təqdim edir. “Kuklalar evi” (“Bir bebek evi”) pyesi də bu baxımdan xüsusilə diqqətəlayiqdir. Əsərdə Nora obrazı vasitəsilə özünü dərk etməyə, cəmiyyətin ona biçdiyi rolu sorğulamağa və öz ayaqları üstündə durmağa çalışan qadının ümumiləşdirilmiş obrazı yaradılıb. Noranın hekayəsi həm sarsıdıcı, həm də qürurvericidir, çünki bu hekayə qadının özünə doğru atdığı ağrılı, lakin zəruri addımın hekayəsidir.
Edebiyat
Bir Bebek Evi (Nora)Henrik Ibsen · Agora Kitaplığı · 20121,097 okunma
7/10
·322 syf.··
2026 27. kitabı
·
4 günde okudu
·
Okunma: 04 Şubat 2026 15:58
Yenə Əzizə Cəfərzadə, yenə də çəkilən əziyyətə qarşılıq (mənə görə) tam olmayan roman… Əzizə Cəfərzadənin “Sabir” (1989) romanı adından da bəlli olduğu kimi XIX əsrin sonu - XX əsrin əvvəllərində yaşayıb-yaratmış böyük satirik şairimiz Mirzə Ələkbər Sabirə həsr olunmuşdur. Əsərdə Sabirin bədii obrazı yaradılmış, müəyyən tarixi faktlar və məktublar roman mətninə daxil edilərək vahid süjet altında birləşdirilmişdir. Fəqət… “Sabir” müəllifdən oxuduğum dördüncü roman oldu. “Eşq sultanı” romanında yaşadığım xəyal qırıqlığından sonra bir daha oxumayacağımı düşünürdüm. Amma mövzunun Sabirə həsr edildiyini görüb istisna etdim. (“Eşq sultanı” Füzuli haqqında idi və bu, ayrıca məyusluq idi.) Onu da qeyd edim ki, Əzizə Cəfərzadə yazdığı romanlara son dərəcə ciddi yanaşan müəlliflərdəndir. Romanlarında hadisələrin cərəyan etdiyi məkanlara mütləq səfər edir, həmin yerləri yerində öyrənir, arxiv materialları, tarixi faktlar, məktublar toplayırmış. Bu zəhmət və məsuliyyət hissi oxucuya da ötürülür və müəllifin mövzuya münasibətinə hörmət doğurur. Məhz buna görə də, çəkilən bu qədər əziyyətin qarşılığında ortaya çıxan mətnlərin daha bütöv, daha sıx qurulmuş və oxucu ilə daha güclü bağ quran romanlar olmasını gözləyirdim. Hərçənd bu roman əvvəlkindən o qədər də zəif deyildi, amma tam mənada Sabir romanı da sayıla bilməz. Əsərdə müəllifin digər romanlarında olduğu kimi natamamlıq və qarışıqlıq hissi hökm sürür. Yersiz təkrarlar, hadisənin maraqlı yerində qırılıb sonra davam etdirilməməsi, parçalanmış süjet xətti oxucunu ciddi şəkildə yorur. Əlbəttə, Əzizə Cəfərzadənin özünəməxsus üslubu var və bunun fərqindəyəm. Amma bu qədər qırıq-qırıq mətn, ardıcıllığın pozulması artıq üslubdan çox mətnin daxili ahəngi ilə bağlı problemə çevrilir. Fakt bolluğu bəzən bədii bütövlüyü üstələyir və
Edebiyat
SabirƏzizə Cəfərzadə · Azernaşr · 20162 okunma
8/10
·289 syf.··
Beğendi
·
2026 17. kitabı
·
4 günde okudu
·
Okunma: 28 Ocak 2026 16:47
Azərbaycan ədəbiyyatında postmodernizmin əsas nümayəndələrindən biri Kamal Abdulla, bu istiqamətdəki mühüm əsərlərdən biri isə “Yarımçıq əlyazma” romanıdır. Yazıçı bu romanda iki xətt üzrə - Dədə Qorqud dastanı və Şah İsmayıl Xətai xətti əsasında klassik mətnləri, mövzuları yenidən quraraq postmodern bir nümunə yaratmışdır. Əsərin üslubu diqqətəlayiqdir. Yazıçının “əlyazma” anlayışına yüklədiyi yarımçıqlıq ideyası olduqca uğurlu təsir bağışlayır. Əsəri ədəbi forma baxımından yüksək qiymətləndirsəm də, əlyazmanın böyük hissəsini təşkil edən Dədə Qorqud xəttini sevə bilmədim. Şah İsmayıl Xətai ilə bağlı xətt nisbətən qısa olsa da, məhz bu hissə daha maraqlı və təsirli idi.
Edebiyat
Yarımçıq əlyazmaKamal Abdulla · 2012122 okunma
Reklam