Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Vəfa Hafiz

Vəfa Hafiz
@VafaPirMurad
•Şeir aşiqi, ədəbiyyat vurğunu...🩷 V.H Xəyyam da məndədir, Hafiz də məndə, Vaqif sevgisiyəm, Sabir səsiyəm!
Xəlil Rza Ulutürk
Xəlil Rza Ulutürk
#142201411
Mənim üçün duaları Gözlərindən süzüb yolla. Kəlmələri kirpiyinə Muncuq kimi düzüb yolla... ...Mənim üçün dua eylə De, biri var Yerdə, Allah. De, niskilli ürəyində Bir mən varam, bir də Allah...
Reklam
Götür, oxu ürəyimi.
Üzüləcək yerimmi var? Di çək, üzülüm sap kimi. Götür, oxu ürəyimi Oxunmamış kitab kimi. Bir yolçuyam - izlərində, Bir ömrüm var - sözlərində... Qoru məni, gözlərində Qoruduğun əzab kimi.
Gül-çiçəyə bürün yenə, Gülüm, gözəl görünür. ...İnad etmə, Qollarında Ölüm... gözəl görünür...

Okur Takip Önerileri

Tümünü Gör
Əlim əlində əriyir, Gözüm baxışın altda. Gəl, saçına sığal çəkim Sevda yağışı altda...
Məni dünən öldürdüyün Yerdə dəfn eləmə, gülüm. Çək üstümə dərdlərini Ta torpaq ələmə, gülüm... Aç sinəmi... Dərd xışlasın... Ört, sinəmdə dərd qışlasın. Get, Allahın bağışlasın Məndən əfv diləmə, gülüm.
Reklam
İçimə elə bir od düşüb, Allah, Alnıma yazdığın yazı əriyib...
Mən bir nakam yazıyam alnında, ovucunda, Poza bilmir göz yaşın, yuya bilmir yağışlar. Asılıb barmaqlarım saçlarının ucundan - Ya bir ölüm hökmü kəs, ya ömürlük bağışla.... ...Gündüzlərim mürgülü, yuxularım qarışıq - Sən elə yerdəsən ki... Qoparıb atmaq olmur... Sən keçilməz yolların sonucunda bir işıq, Yollar düyünə düşüb, geri qayıtmaq olmur. Nə səndən ayrı qalmaq, nə sənə çatmaq olmur...
Qəlbində uyut məni.
Kirpiyinin ucundan yıxılanda Tut məni... Bir damla göz yaşıyam Ovcunda ovut məni. Baxışlarım soyuq, lal, Ömrüm - cavabsız sual... Yatağım buz tutub, Al... Qəlbində uyut məni. Səsim səsində yaşar, Nəfəsim nəfəsində. Bir udum hava kimi Sinənə çək, ud məni...
Mən üsyan edirəm ayrılıqlara, Mən üsyan edirəm həsrətə, Tanrım! İçimdə bu eşqin yarası dərin, Min yerdən çat verən qan damarıyam... İmkansız eşqlərin, qərib eşqlərin, Yetim sevdaların üsyankarıyam...
Reklam
O, əsrin Leylası idi. Mən biləni elə Leyli kimi, nakam eşqini qəlbinin dərinliklərində dəfn edərək Leyli kimi bu dünyaya göz yumdu. Bircə deyə bilmədim ki, ey zəmanənin Leylası, fünuni-eşqi səndən dərs alanlar neçin sənin dərdinə qala, sənə bircə gün, bircə saat səadət verə bilmədilər?!
Zər qədrini zərgər bilər...
Sən onun qəzəllərini oxuyursanmı? Eşidir, başa düşürmüsən, ay bəxtəvər gəlin...
Tikilidən solmuş qızılgül çıxdı. Kağızda, Ağa, sənin iki qəzəlinin əlyazması, özü də öz dəsti-xəttinlə, bilirsən ki, sənin xəttini yüz xətt içində tanıyıram. Tutiya kimi gözlərimə sürtdüm, öpdüm, biri "gül" rədifli, digəri "istər" rədifli qəzəllər idi.
9,6bin öğeden 1 ile 15 arasındakiler gösteriliyor.