...söhbət etdik. Heç vaxt söhbət etməyə çətinlik çəkməmişik. O, bir az danışır, mən qulaq asırdım. sonra mən danışırdım. Söhbətlərimiz fasiləsiz, uzun müddət davam edirdi. Bir-birimizin sirlərini aşkarlayırdıq. Yaxşı sirri üzə çıxaranda Kess gülürdü va yalnız o belə gülə bilərdi. Uşaq tonqala sevinən kimi.
- Niyə gözəlliyini satırsan? - soruşdum. - Niyə sadəcə, onunla yaşamağa çalışmırsan?
- Çünki insanlar elə bilir mənim bundan başqa heç nəyim yoxdur. Əslində, gözəllik heç nədir, gözəllik qalıcı deyil. Sənin bəxtin gətirib. Çünki eybəcərsən və əgər birinin səndən xoşu gəlibsə, bunun başqa bir səbəbi olduğunu dəqiq bilirsən.
-Səncə, mən gözələm? - soruşdu.
- Əlbəttə, ancaq bir şey də var... Sənin görünüşündən daha artıq bir şey...
⁃ Adamlar həmişə məni gözəl olmaqda günahlandırıblar. Səncə, mən həqiqətən gözələm?
- Gözəl sözü kifayət etmir. bu sənə qarşı ədalətsizlik olardı.