Uşaqlığımızda günlərimizin necə böyük hissəsi dinc, sakit keçirdi... Nə bilim, bəlkə də, indi mənə elə gəlir. Ayıq-sayıq bir gözləntidə nə qədər vaxt keçirərdik. Hələ təşəkkül tapmamış dünyamızda süst, sakit dayanıb gözləyirdik, müşahidə aparırdıq, gələcəyimizə baxırdıq. O kirayənişin oğlanla baxışdığımız kimi.. Döyüş meydanında başqa nələrin baş veracəyinin marağında olan əsgərlər kimi...