-... Deyin görüm, mən neyləyim?..
- Ağlaya bilərsən, bu dəfə vicdan əzabı çəkmərəm. Əksinə, sevinərəm... Axır ki, səbəbsiz ağladın deyə. Tut bunu, doğra, - üç ədəd soğan uzadır.
- Bu iyrənc şeyi necə aldınız!
⁃ Elə sevinir ki... Uşaqlara qarşı köhnə səhvləri təkrarlamaq istəmirəm... Belə bir yer... Otuz il əvvəl belə bir yer olsaydı, Kristinlə Adrianı heç vaxt bura gətirməzdim. Heç vaxt! İndi "Niyə?" deyirəm. Niyə, axı niyə? Niyə onları belə əyləncələrdən məhrum eləmişəm? Nə itirəcəkdim? Uzağı, on beş dəqiqə əziyyət çəkəcəkdim? Uşaqların sevincdən yanaqları qızarırsa, on beş dəqiqəlik əziyyət nədir ki?