Araşdırmaya elmi əhəmiyyət verən şey onun mövzusu deyil. Araşdırmanın ciddi müşahidələrə, faktlara və əsaslı mühakimələrə əsaslanması ona elmi məna verir.
Neyroloq və antropoloq Çarlz Uaythed yazır: "Anomaliyaları xalçanın altına süpürmək olar, amma sonra onlar o qədər çoxalacaq ki, mebellər aşmağa başlayacaq".
Hər hansı bədəndən kənar qavrayışın dəqiq olması faktı baş sındırmağımız üçün kifayət edir. Amerika psixologiya elminin atası Uilyam Ceyms hələ bir əsr əvvəl yazırdı: "Əgər bütün qarğaların qara olması ilə bağlı qanunauyğunluğu pozmaq istəyirsənsə, onda hamısının qara olmadığını sübut etmək lazım deyil, sadəcə, bir ağ qarğa tapsan yetər".
Bəlkə, musiqi nitqin bacarmadığını edə bilər deyə qaranlıqda gözüaçıq uzanaraq səslər formalaşdırmağa çalışdım. Axı heç kim bizi müəyyən hərəkətlərə sövq edən, göz yaşlarına boğan səslərin gözəlliyini təsvir edə bilməz. Bəli, bəlkə də, musiqi əbədi dinclik hissini ifadə edə biləcək yeganə ünsiyyət vasitəsidir.